Azərbaycanda bəzi sahibkarlar vergi ödəməkdən yayınırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın Vergilər naziri Fazil Məmmədov deyib.
Onun sözlərinə görə, bu, bütün sahələrdə müşahidə olunur.
F.Məmmədov deyib: "Yoxlamaların sayı azalsa da, vergi orqanları yoxlamaları davam etdirir. Vergidən yayınma halları bütün sahələrdə hiss olunur. Bu, həm supermarket şəbəkələrində, həm alkoqollu məhsul satışında var".