Rusiya iqtisadiyyatındakı resessiya qarşıdakı iki il ərzində MDB ölkələrinin müstəqil reytinqlərinə mənfi təsir edəcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Moody`s" Beynəlxalq Reytinq Agentliyinin mərüzəsində bildirilir.
Agentliyin eksperti Kristin Lindou hesab edir ki, 9 MDB ölkəsindən 5-də mənfi proqnozlar qorunacaq və bu gələcəkdə onların müstəqil reytinqlərinin aşağı düşməsi ilə müşahidə oluna bilər: "MDB ölkələrinin iqtisadiyyatları, maliyyə sektorları və büdcələri əvvəlki kimi neft qiymətlərinin aşağı səviyyədə olmasından asılı olacaq. Və bu müstəqil reytinqlərin artmasının qarşısını alacaq".