Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər...
Tarix: 07.05.2016 / 01:48
Bölmə: İqtisadiyyat
Susuz həyat yoxdur və bu nemət əvəzsizdir. İnsanlar hələ qədim zamanlardan başlayaraq həmişə su mənbələrinə yaxın yerlərdə məskən salırdılar. Suya olan ehtiyaclarını rahat ödəmək üçün müxtəlif yollar axtarır və su təchizatı vasitələrini daim təkmilləşdirirdilər. Yaşayış məskənlərinin şəhərlər kimi formalaşaraq inkişaf etdiyi vaxtlarda su təchizatı vasitələri sadə olub.
Həmin dövr insanlar çay, bulaq, çeşmə sularından yararlanaraq, su təchizatı vasitələrinin ibtidai formalarından istifadə edib günlük tələbatlarını ödəsələr də, zaman keçdikcə suya tələbat artırdı. Şəhərlər genişləndikcə, inkişaf etdikcə yeni su təchizatı vasitələri və sistemləri yaradılırdı.
Aparılan arxeoloji və etnoqrafik tədqiqatlar sübut edir ki, Azərbaycan süni suvarma sistemlərinin ən qədim zamanlarda geniş tətbiq edildiyi ölkələrdən biridir. Yaşayış məskənlərinin su ilə təchizində istifadə olunan qədim vasitələr arxlar və kanallar olub. Kəhrizlər, ovdanlar, gil tünglərdən düzəldilmiş su kəmərləri, su hovuzları da suyun yaşayış məskənlərinə gətirilməsi və küçələrə paylanması üçün istifadə olunan əsas vasitələrdir.
Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili əsas götürülür. Bu strateji kursa uyğun olaraq, son 13 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanaraq paytaxt Bakıda və bölgələrdə bilavasitə insanların gündəlik həyatının, məişət şəraitinin yaxşılaşdırılmasına, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsinə hesablanan proqramlar həyata keçirilib. Bu sırada ölkə əhalisinin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur ki, bu da Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir.
Azərbaycan üçün strateji hədəflərdən biri ölkədə etibarlı su təchizatına nail olmaqdır
Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda Yer üzündə təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyədə bir uşaq həyatla vidalaşır. Ümumiyyətlə, müxtəlif ölkələrdə xəstəliklərin 80 faizi içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır. Bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.
Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. 1903-1917-ci illərdə daha çox "Şollar" kimi tanınan Birinci Bakı su kəmərinin tikintisi ilə başlayan içməli su tariximizin sonrakı dövrlərində daha böyük və mürəkkəb layihələr icra edilib. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su qıtlığından əziyyət çəkən şəhər, qəsəbə və kəndlərin problemləri mərhələli şəkildə öz həllini tapıb. Məlumat üçün qeyd edək ki, ölkə əhalisinin içməli su ilə təminatının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Kür su kəməri çəkilişi məhz H.Əliyevin sayəsində mümkün olub.
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 1961-ci ildə istismara verilmiş kompleksin üçüncü növbəsi məhz onun rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb.
Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Su anbarında toplanan su 80% təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür. Xəzər, Abşeron, Sabunçu, Suraxanı rayonları və Sumqayıt şəhərinin əksər yerlərində bu kompleksdə emal olunan su verilir.
Müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də mərhum prezident Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə sabiq prezident Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verib. Onun irəli sürdüyü bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildən sonra istifadəyə verildi. Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında stabillik yarandı. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilib. Nəhayət, layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşıb və kəmərlə nəql olunan su Bakı şəhərinə çatdırılıb. Xatırladaq ki, Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı anbarlar vasitəsilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə çatdırılır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı, müəyyən ehtiyatın toplanmasına da imkan verir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Bakı şəhərində 13 mərkəzi su anbarı var. Bunlardan əlavə, Bakı şəhərində 188 müxtəlif tutumlu məhəllədaxili su anbarı fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün hazırda Badamdar, Hövsan, Balaxanı, Ramana, Qala, Zirə, Məhəmmədi, Saray qəsəbələrində yeni su anbarları tikilir. Ötən il oktyabrın 28-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.
Qeyd edək ki, yeni sutəmizləyici qurğunun tikintisi "Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı" layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdı. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi, Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək. Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək. Təsadüfi deyil ki, dövlət başçısı bəyan edib ki, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır: "Bu infrastruktur layihələrinin içində içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin".
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq regionlarda yeni layihələr həyata keçirilib. Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilib. Eləcə də, Ucar, Kürdəmir, Yardımlı, Yevlax, Zaqatala, Tovuz, Füzuli, Beyləqan, Quba, Şəmkir, Şəki rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb.
Təlim-Tədris Mərkəzinin, Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyasının fəaliyyətə başlaması, Mərkəzi Laboratoriyanın akkreditasiya sertifikatı alması da əlamətdar hadisələrdəndir.
Ötən dövrdə "Azərsu" ASC-nin informasiya-kommunikasiya texnologiyaları infrastrukturu müasir tələblərə uyğun qurulub, iş proseslərinin avtomatlaşdırılması məqsədilə tətbiq edilən sistemlərin, elektron xidmətlərin, İT infrastrukturunun dayanıqlı və fasiləsiz fəaliyyəti təmin edilib. İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. SCADA sistemi vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik müəyyən edilir və daim nəzarətdə saxlanır. Eyni zamanda, Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb. "AzərsuCİS" adlanan bu sistemin köməyilə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrə köçürülüb.
Vətəndaşların sağlamlığının qorunmasını dövlət siyasətinin mühüm tərkib hissəsinə çevirən Prezident İlham Əliyev bu nəcib missiyaya su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə gələcək nəsillər üçün etibarlı mənbənin formalaşdırılması ilə başlayıb. Dövlət başçısı ölkə vətəndaşlarının 24 saat keyfiyyətli içməli su ilə təmin edilməsini Azərbaycanın milli su operatoru olan "Azərsu" ASC-nin qarşısına mühüm bir vəzifə kimi qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət artıq öz bəhrəsini verir, hər bir Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir.
Vidadi Xudaşov
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ