Bazar günü günü, 25 oktyabr 2026
     

O, təcavüzkar erməni əsgərlərini ancaq biləyindən vurardı. Niyə?...

Image


"...Dədəliyə qayıdanda məni unutmayın..."
"...Kəndimizə qayıdanda məni unutmayın, adımı kəhrizin başındakı çinara yazarsınız..."
"Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar". (Məhəmməd peyğəmbər) Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur.
Elə günlər var unudulub gedir, elələri də var ki, heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edənlər qəhraman şəhidlərimizdir. Çünki bu dünyada hər bir insana bəxş olunan bir ömür payı var. O ömür payını da müəyyən müddət sonra insan başa vurur. Bu mənada insanın işıqlı, açıq gözlə baxdığı gözəl həyata bilərəkdən əlvida deməyi ən uca bir zirvə olan şəhidlik zirvəsidir. Hansı ki, o zirvədə qərar tutmaq hər kəsə nəsib olan ömür payı deyildir. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik zirvəsi!
Aprelin 1-dən 2-sinə keçən gecə Azərbaycanı qara buludlar öz cənginə almışdı. Cəbhəboyu rayonlarımızdan müharibə xəbərləri gəlməyə başladı. Çox keçmədi ki, informasiya vasitələrindən şəhidlərimizin qəhrəmancasına göstərdiyi şücaət nəticəsində Azərbaycanın bəzi torpaqlarının erməni işğalından (23 il sonra) azad edilməsi xəbərini aldıq . Aldığımız xoş xəbərin arxasınca 4 günlük müharibə nəticəsində 94 igid əsgərimizin şəhid olması xəbərini aldıq. Torpaqlaımızın azadlığı naminə qəhrəmancasına vuruşan ərənlərimiz öz şirin canlarından keçməyi və bayrağımızı o mənfur düşmən tapdağında inləyən torpaqlarımıza sancmağı hər şeydən üstün tutdular. Bu ONLARIN həyat yolu, çoxdan gözlədikləri müqəddəs amalı idi.
Məlumdur ki, ONLARIN hər biri Vətənin qəhrəmanlıq salnaməsinə öz silinməz, müqəddəs imzalarını qoydular. - Al qanla yoğrulmuş imzalar... Bu imzaların içində bir imza da var...
Mayor Elnur Adil oğlu Əliyev. Və bu imza da tarixən millət yaşadıqca silinməz və unudulmaz olacaqdır.
Aprelin 2-nə keçən gecə Füzuli, Cəbrayıl rayonları istiqamətində yerləşən "Lələ Təpə" yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub mayor Əliyev.
Elnur Əliyev haqqında kiçik tanıtım:
16 avqust 1976-ci ildə Füzuli rayon Dədəli kəndində anadan olub. Ailəli idi. İki azyaşlı oğul övladı var.
Mayor Elnur Əliyev pillə-pillə yüksəlmişdi. Belə ki, o, 1991-1994-cü illərdə - Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəb, 1994-1998-ci illərdə - Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi, 1998-2001-ci illərdə - Tovuz rayonunun taqım komandiri, 2001-2013-cü illərdə - Tovuz rayonunda bölük komandiri, 2013-2014-cü illərdə - Bərdə rayonunda taborun qərargah rəisi, 14.11.2014-cü ildən - Füzuli rayonunda bölmə rəisi işləmişdir. Eləcə də, Daşkəsən, Göygöl, Gəncə şəhərlərində Vətənə sadiqliyini bir hərbçi olaraq nümayiş etdirmişdir.
O, Silahlı Qüvvələrdə xidmətinə görə bir çox təltiflərə layiq görülmüşdür. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubileyi medalı (1991-2001), 2005-ci ildə "Hərbi xidmətdə Fərqlənməyə görə" 3-cü dərəcəli medal, 2013-cü ildə - "Qüsursuz xidmətlərinə görə" 3 dərəcəli medal, 2013-cü ildə - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illik yubiley medalı (1918-2013), 2015-ci ildə - "Qüsursuz xidmətlərinə görə" 2-ci dərəcəli medalı və s medalları ilə təltif olunmuşdur.
Dillərə dastan, gələcək nəsillərə örnək olası bir ömür yaşadı Qəhrəmanımız. Elnur hər zaman Vətənini sevən, 22 il ön cəbhədə yorulmadan, sevə-sevə xidmət etdi və sevərəkdən qəhrəmancasına şəhid oldu..
Hər zaman deyərdi: "Füzuli torpağında anadan olmuşam, ata-baba yurdunu azad etmək mənim borcumdur". Elnur "Lələ təpə"də erməni postunu ilk ələ keçirən olub və bayrağı o yüksəkliyə sancan da o olub. 23 ildir erməni tapdağında olan torpaqlarımızı azad etmək üçün qorxmadan qarşı tərəfin üstünə gedib... Və nəticədə...
Adətən yaşadığımız dövrdə göstərilən filmlərdən, oxuduğumuz kitablardan qəhrəmanlar haqqında məlumatlar əldə etmişdik. Qarabağ savaşında Vətənpərvər, torpağını canından artıq sevən Mübariz kimi oğullarımızın olmağından, Müstəqil Azərbaycan dövlətinin gənci kimi, qürur duyur, sevinirik. Elnur da məhz kinofilmlərdən gördüyümüz, oxuduğumuz o müqəddəs, əlçatmaz zirvəyə yüksəldi. Onun silah yoldaşlarını xilas etmək naminə özünü qumbaranın üstünə ataraq qəhrəmancasına şəhid olması qürurverici, şərəfgətirici bir addım olmaqla yanaşı, bugünkü gənclərə bir həyat məktəbi, bir müqəddəs yoldur. O yol ki, hər birimiz Qarabağ torpağımızın azadlığı naminə Elnur qəhrəmanlığından ibrət götürməli, o yoldan bəhrələnməliyik...
Döyüş yoldaşlarının dediklərindən: ... Neçə saat güllə yağışının altında qalsaq da azğın erməniləri xeyli geri çəkilməyə məcbur etmişdik. "Lələ-Təpə" də cəbhə xəttindən xeyli aralıdan gələn güllə səsindən və ermənilərin dirənişindən hiss edirdik ki, geri çəkilənləri özləri güllələyirlər. Biz düşməni məhv etdikcə ardınca yeni-yeni qüvvə gəlirdi, amma addım-addım da olsa irəliləyirdik. Təpəyə çatmağa az qalmışdıq. Elnur bir neçə addım sağa sürünüb uşaqların qabağına keçdi və bizə əlbəyaxa döyüşə hazır olmaq əmrini verdi, elə bu zaman erməninin atdığı qumbara aramıza düşdü. Elnur bir quş cəldliyi ilə özünü qumbaranın üstünə atıb: - Aralanın, özünüzü qoruyun! - deyə əmr etdi. Sonra da o, sonunu görürmüş kimi fikrini bu sözlərlə: "Heyf ki, axırını görə bilmədim, Füzuliyə girəndə məni də xatırlayın" - bitirdi. O, bütün hərəkətləri ilə bizə nümunə idi və ölümü ilə də hamımıza örnək oldu...
Bəli, Azərbaycanın belə oğulları var və belə oğullara hər zaman ehtiyac var. Vətənpərvər, torpaq üçün canından keçən, çiyin-çiyinə vuruşduğu silah yoldaşlarının həyatını xilas edən, lakin sevənlərini gözü yaşlı qoyan mayor Elnur Əliyev kimi.
Sağlığında arzuladığı və qismən də olsa yerinə yetirdiyi bir arzusu var idi igid eloğlumuzun. Yoldaşlarının söylədiklərinə görə o bu ifadəni daim təkrarlayardı: "Torpaqlarımızı düşməndən azad edəndə Füzuliyə birinci özüm girəcəyəm və əsirlikdə qalan kəndimizə bayrağı özüm sancacağam!..." Düzdür, Dədəliyə bayraq sancmaq ona nəsib olmasa da, azad etdiyi "Lələ-Təpə" yüksəkliyinə bayrağı Elnur sancdı...
Silah və 20 illik yaxın dostu Çoban Elnur haqqında belə deyirdi: "Hər komandirin işi deyil əsgərlərini qorusun. Özü də 15 əsgərini birdən... Elnur mahir snayperçi idi. Elnur quşu gözündən, ermənini biləyindən vururdu. O bizə belə deyirdi: "Mən istəyirəm ki, onlar torpaqlarımızdan qan tökülmədən çıxıb getsinlər. Amma getmirlər. İstəsəm hər gün neçəsini başından vuraram, amma biləyindən vururam ki, bütün ermənilərə dərs olsun, görənlər desinlər ki, o qolukəsik oğlan Qarabağdakı ədalətsiz müharibədə şikəst olub. İndiyə kimi cəmi on yeddi dəfə erməniyə güllə atmışam, on yeddi ermənini tək qol etmişəm.
Elnur Tovuzda bölük komandiri idi, işləri də çox yaxşı gedirdi. Buna baxmayaraq, Füzuli torpağı onu hər zaman özünə çəkirdi. Bu tərəflər onun öz eli olduğundan, bütün yollara, çığır və izlərə çox yaxşı bələd idi.
Tez-tez Füzulidən, doğma Dədəlidən danışardı, torpaqlarımızı düşməndən təmizləmək üçün hər cür imkan olduğunu, orduda böyük ruh yüksəkliyi yarandığını, bircə Ali Baş Komandanın əmrinə ehtiyac qaldığını söyləyər, "nə qədər ki, torpaqlarımız azad olmayıb, biz hamımız ilk növbədə əsgər olmalıyıq, silaha sarınmalıyıq" - deyərdi. Ən böyük arzusu isə - "...Kəndimizə qayıdanda məni unutmayın, adımı kəhrizin başındakı çinara yazarsınız...". Sən demə, o bizə dediyi sözləri qəhrəmancasına şəhid olmasından sonra cibindən çıxan qanlı vərəqdə də yazıbmış...
Bu yaxınlarda şəhidimizin həyatla vidalaşmasından 40 günü başa çatır. Mərasimdən bir neçə gün əvvəl həyat yoldaşı Nuranə xanımla söhbətləşib, onun hisslərini, duyğularını, kövrək xatirələrini qələmə almaq qərarına gəldik. Bir anlıq susduqdan sonra həmsöhbətimiz bunları dedi: - "Ürəyimdən keçən, lakin köksümə ən ağır çəkilərdən belə ağır olan hisslər çoxdur. Nədən başlayıb nədə qurtaracağımı kəsdirə bilmirəm. Bütün bunlar mənə yuxu kimi gəlir. Sanki bunlar mənə deyil, tamam başqa bir insana aiddir. Hələ də inanmaq olmur ki, bu gün Elnur həyatda yoxdur. Böyük oğlumuz aprelin 1-i gecə saatlarında dedi ana, atamı istəyirəm, zəng elə danışım. Mən də fikirləşdim ki, işinə mane olaram, işi çox olar, zəng edib vaxtını alaram. Telefonu əlimə alaraq özümü mesaj yazar kimi göstərdim və uşağa yalandan dedim ki, "mesaj yazdım, o dedi balam yatsın, sabah gələcəm". Kaş ki, zəng edərdim. Həmin gün bəlkə də evə gələrdi. Bəlkə də heç nə olmazdı. Bəlkələr... Ola bilsin, uşaq hiss etmişdi... Ən azından son dəfə danışardım, son sözlərini eşidərdim...
Həmişə Elvinlə Elxandan soruşanda ki, nə istəyirsiz, cavabında şokolad, maşın, oyuncaq və s istəyirik deyərdilər. İndi sual verəndə əllərini atalarının şəklinə uzadaraq atamızı istəyirik- deyirlər. Bu an mənim üçün çox ağır olur. Onda özüm də bilmirəm onlara nə cavab verim, nə deyim.
Yaşamağın çox istərdim. Bizim üçün sağlığında da qəhrəman idi. Elvin hər yerdə, hər an atası ilə fəxr edir. - "Atam bizi, Vətənimizi qoruyur". Elvin həmişə istəyirdi bütün uşaqlar kimi onu da atası məktəbdən gətirsin. Sumqayıtda 14-li məktəbdə oxuyarkən ilk dəfə balaca Elvini məktəbdən götürməyə atası getmişdi. O an Elvinin üzündə sevinc, eyni zamanda hərbçi, cəsur, mərd atası ilə qürur duyduğu hiss olunurdu. Axı o hər zaman məktəbdə sinif yoldaşlarına atası haqqında, etdiyi qəhrəmanlıqlar barədə məlumat vermişdi.
Övladlarını milli Vətənpərvəlik ruhunda böyütmüşdü. Çox kiçik yaşlarından uşaqlar müharibəyə aid, ağrılı - acılı filmlərə baxırlar. Halbuki, əksər gənclər o filmlərə baxmağa cürət etmir.
Nə qədər zəhmli görünürdüsə, bir o qədər də ürəyi yumşaq, təmiz, qayğıkeş, zarafatçıl və mehriban insan idi. Ürəyim bircə ona rahatlıq tapır ki, övladlarının kiçik toylarını görə bildi. Mən kiçik toylarında çıxış edərkən böyük toylarını görək dedim. Sonra özlüyümdə fikirləşdim ki, bu nə arzudur mən demişəm, onsuz da görəcəyik. Bilməzdim ki, böyük toylarında Elnur olmayacaq. Ola bilsin, o sözü Allah - Təala dedizdirib mənə.
Elnur Vətənini uşaqlarından, məndən, hətta canından belə çox sevirdi. 40 günə yaxındır ki, Elnur evə gəlmir, zəng eləmir, amma mən yenə də onu səngərdə, ön cəbhədə olduğunu düşünüb gözləyirəm. Elnur evdə çox az vaxt keçirdiyindən elə bilirik işdədi, tezliklə gələcək. İşinə görə günlərlə evə gəlmədiyi vaxtlar da olurdu. Heç ağlıma gəlməzdi ki, vaxt gələcək, mən Elnur haqqında xatirələrimi danışacam...
Elnur heç zaman işin ağırlığını, keçirdiyi əziyyəti, problemini evə gətirməzdi. İş barəsində heç vaxt nəsə deməzdi. Övladları üçün hər şeyin ən yaxşısını etməyə çalışırdı. Uşaqlarının istədiyi, arzuladığı hər şeyi həyata keçirməyə çalışırdı. Ürəyimizdən keçənləri bizdən öncə hiss edib reallaşdırırdı. Elnurun ürəyində arzuları var idi - Sumqayıtda yeni aldığı evi təmir edib köçmək. Təqaüdə çıxıb rahat balalarını böyütmək... Qismət olmadı...
Keçən ilin 20 Yanvar günü şəhidlərin anım mərasimində balaca Elvinlə nənəsi Şairə xanım Sumqayıtda yerləşən şəhidlər xiyabanına getmişdilər. Şəhid məzarlarına diqqətlə bir-bir baxan Elvin bir məzarın önündə ayaq saxlamasının şahidi oldum. Bu an mən onun şəklini çəkdim. Elvin şəhid məzarına gül dəstəsi qoyurdu. Nə bilmək olardı ki, üstündən cəmi bir il keçəcək və o öz doğma, əziz şəhid atasının məzarı üstə gül qoyacaq. Bu anı xatırlamaq belə insanı kövrəldir.
Biz sonda Nuranə xanımla birgə, onun 6 və 8 yaşlı övladları Elvinlə Elxanın ürək sözlərini oxucularımıza çatdırmağımızı özümüzə borc bildik: - "Biz hər zaman atamızla fəxr etmişik, bu gün də fəxr edirik. Atamız bizim Vətənimizi qoruyarkən şəhid oldu. O bizim qürur mənbəyimizdir. Onunla nəinki biz, bütün Azərbaycan xalqı fəxr edir. Biz atamız kimi hərbçi olub torpaqlarımızı qoruyacağıq".
Bizim üçün ən maraqlısı və qəribəsi bu idi ki, bu iki gül bala, digər həmyaşıdlarından fərqli olaraq, "biz böyüyəndə Qarabağı alacağıq" demədilər. Bizə elə gəldi ki, bu balacalar elə indicə əyinlərinə əsgər forması geyib, Qarabağın azadlığı naminə savaşa hazırdılar. Onlar Vətənimizi tezliklə alacağımıza inanıb, Bütöv Azərbaycanı qorumağa hazır olduqlarını fəxrlə söylədilər.
Sevinc MƏHƏRRƏMQIZI
PS. Bu gün özünün haqq dünyasına qovuşan mayor Elnur Əliyevin müqəddəs ruhu Vətən-Qarabağ torpağından boylanır. O torpaqdan ki, digər ərən oğullarımız şəhidlik zirvəsinə ucalmış, əlçatmaz, ünyetməz bir uca zirvədə qərarlaşmışlar. Torpaq, uğrunda ölən varsa - Vətəndir, deyərlər. Bu qanlı Qarabağ savaşından - Elnurun müqəddəsliyə qovuşduğu həmin andan bu günə kimi ( 40 mərasiminə kimi) bir gənc olaraq düşünürəm ki, belə qəhrəmanlarımızın adları gənclərimizə, gələcək nəslə örnək olması üçün gecikdirilmədən, təxirə salınmadan əbədiləşdirilməli, azad etdiyi "Lələ - Təpə" yüksəkliyi onun adını daşımalıdır. Ən azından, onun buna mənəvi haqqı var...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ