Daha əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərmiş Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçib. Bunu Trend-ə AMB-dən deyiblər. Kredit Reyestri bu həftə Palatanın nəzarətinə keçib. Reyestrə Elçin Həbibov başçılıq edir.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir. Hazırda Reyestrə ölkədəki 37 bank, eləcə də 37 bank olmayan kredit təşkilatı qoşulub.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralında Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.