Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər
Tarix: 06.05.2016 / 01:04
Bölmə: İqtisadiyyat
Yerin geoloji tarixində, həyatın əmələ gəlməsində və iqlimin formalaşmasında müstəsna rolu olan su dörd vacib ünsürdən biridir. Həmin səbəbdən hər bir xalq kimi Azərbaycan xalqı da tarixən içməli su mənbələrinə yaxın yerlərdə məskən salıb. İçməli su mənbələrindən uzaqda olan Abşeron sakinləri isə həm kənardan gətirilən, həm də bulaq və quyulardan çıxarılan sulardan istifadə ediblər.
Su ehtiyatlarımız...
Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Bu ehtiyatların mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Əsas su arteriyalarımız olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. İşğalçı Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi daha çoxdur. 140-a qədər su anbarı olan respublikamızda bunlardan ən böyükləri Mingəçevir və Sərsəngdədir. Yeraltı suların əsas ehtiyatları isə Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qax, Mil-Qarabağ, Cəbrayıl və Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcığında və Yan Silsilədə formalaşır.
Bakının ilkin su təminatı və xeyriyyəçi Hacı Zeynalabidindən xalqımıza su ömürlü "Şollar" ərmağanı...
Mənbələr göstərir ki, Bakının ilkin su təchizatının tarixi XVIII əsrdən başlayır. Həmin dövrdə Bakı əhalisi əsasən üç su kəmərindən istifadə edib. Paytaxtın şimalındakı üç bulaqdan qidalanan "Şah" su kəməri XVIII əsrin birinci yarısında inşa edilib. Bu kəmər əsasən "Şirvanşahlar" sarayı kompleksini və onun ətrafındakı yaşayış sahələrini içməli su ilə təmin edib. 1791-1792-ci illərdə tikilən "Məmmədquluxan" su kəməri isə Şəhidlər Xiyabanı yaxınlığında yerləşən iki bulaqdan qidalanıb. İçəri Şəhərə daxil olan bu kəmər qalanın əsasən qərb və cənub hissələrində yaşayan əhalisini su ilə təmin edib. Üçüncü su kəməri Bakı xanı Hüseynqulunun adını daşıyıb. Mənbəyini indiki Azərbaycan prospektindəki iki bulaqdan götürən həmin kəmər "Qoşa qapı" istiqamətində şəhərə daxil olub. Bununla yanaşı, əhali su təminatını ödəmək üçün quyulardan da istifadə edib.
Məlumdur ki, 1859-cu il zəlzələsi Şamaxını yerlə-yeksan etdiyi üçün quberniya mərkəzi Bakıya köçürülüb. O vaxtdan etibarən Bakı həm quberniya, həm də neft sənayesi mərkəzi kimi inkişaf edib böyüyür. Burada əhali və sənaye müəssisələrinin sayı artdığı üçün içməli suya tələbat da kəskin artır. Bakı şəhərinin mərkəzləşmiş su təchizatını ödəmək üçün 1880-ci ildə Şəhər Dumasında xüsusi komissiya yaradılır. Komissiya su mənbələrinin Abşeron yarımadasından kənarda axtarılmasına qərar verir. Həmin dövrdə uzaq məsafələrdən suyun gətirilməsinin xeyli vaxt aparacağını nəzərə alan şəhər rəhbərliyi əhalini su ilə təmin etmək məqsədilə alternativ variantlardan da istifadə edib. Belə ki, 1893-1898-ci illərdə Bakıda dəniz suyunu duzlaşdıran qurğular tikilib. 1908-ci ildən sonra isə "Kür çayı" cəmiyyətinin barjaları ilə paytaxta Kür və Volqa çaylarından da su gətirilib. Lakin bütün bu tədbirlər paytaxt əhalisinin su tələbatını ödəyə bilmirdi. Həmin dövrdə bir nəfərə sutkada cəmi 16 litr su düşürdü.
Beləliklə, şəhərin su təchizatında yaranan problemləri həll etmək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Bakı Dumasında xüsusi komissiya fəaliyyət göstərir. Komissiya ingilis mühəndis Uilyam Lindleyə Kür və Samur çayları əsas götürülməklə şəhərin su təchizatı layihəsini hazırlamağı tapşırır. U.Lindley Abşerona Şollardan (Quba qəzasının eyniadlı kəndindən), Kür və Samur çaylarından suyun gətirilməsi haqqında layihələr hazırlayır. O bu variantlardan birinə - Şollar suyuna daha çox üstünlük verir. 1903-cü ildə xeyriyyəçi-milyoner Hacı Zeynalabidinin maliyyə dəstəyi ilə Şollar-Bakı su kəmərinin tikintisinə başlanır və nəhayət, 1917-ci ildə bu kəmər ilə ilk su Bakı əhalisinə çatdırılır.
1930-cu illərdə bu kəmərin quyu zonasında aparılan texniki işlərdən sonra mənbənin məhsuldarlığı saniyədə 1,27 kubmetrə çatdırılır. 1934-cü ildə isə Bakıdan 170 km şimalda yerləşən Xaçmaz rayonundan yeni su kəmərinin çəkilməsi haqqında qərar qəbul edilir. Tikinti işlərinə 1934-cü ildə başlansa da, fəqət, II Dünya Müharibəsi səbəbindən kəmər yalnız 1958-ci ildə istismara verilir.
1951-1957-ci illərdə Abşeronun şimal-qərbindəki Dəvəyatağı və Ceyranbatan göllərinin yerində yeni anbar tikilir, Samur-Dəvəçi kanalı Abşerona qədər uzadılır. Bundan sonra 1961, 1966 və 1978-ci illərdə mərhələlərlə Ceyranbatan su anbarında sutəmizləyici qurğular kompleksi istifadəyə verilir. Lakin əhali artımı və sənayenin inkişafı Abşeron yarımadasına yeni su kəmərinin çəkilməsini zəruri edir. həmin səbəbdən 1970-ci ildə birinci Kür Su Kəmərləri Sisteminin birinci növbəsi, 1971-ci ildə isə ikinci növbəsi istifadəyə verilir. Az sonra ikinci Kür Su Kəmərləri Sisteminin tikintisi haqqında qərar qəbul edilir. 1980-1988-ci illərdə artıq Bakıya üç növbədə yeni magistral kəmərlər çəkilir.
Əhalinin içməli su təminatı müstəqilliyimiz dövründə...
Müstəqillik əldə etdikdən sonra həm əhali artımı, həm də neft və qeyri-neft sektorlarının inkişafı yeni su mənbələrindən istifadəni gündəmə gətirdi. Belə bir şəraitdə mərhum Prezident Heydər Əliyev Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun çəkilməsinin vaxtının çatdığını bildirdi və Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verdi. Ulu öndərin adı ilə bağlı bu kəmər 2010-cu ilin sonunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Beləliklə, hazırda Abşeron yarımadası dörd mənbədən - Xaçmaz, Kür, Ceyranbatan və Oğuzdan nəql edilən su ilə qidalanır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azərsu" ASC mühüm layihələrin icrası istiqamətində sanballı işlər görüb. Prezident İlham Əliyevin: "İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir" ifadəsini fəaliyyət proqramı qəbul edən Cəmiyyət rayon və kəndlərdə, Bakı şəhəri və onun qəsəbələrində əhalinin keyfiyyətli içməli suya tələbatını ödəmək üçün bir sıra layihələrin icrasını uğurla başa çatdırıb. Belə ki, "Azərsu" ASC Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından tam istifadə edib. Qısa müddətdə bu qurğulardan Sabirabad və Saatlı şəhərlərinə 62 km uzunluğunda magistral su kəməri çəkilib. Bu kəmər Sabirabad rayonu və 28 kəndin 100 min, Saatlı rayon və 12 kəndin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatını ödəməyə imkan verir. Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində inşa edilən 24 km uzunluğunda Göygöl-Gəncə magistral su kəməri Gəncə şəhərinin su təchizatını daha da yaxşılaşdırıb.
Müvafiq Dövlət Proqramına uyğun olaraq "Azərsu" ASC respublikanın cənub bölgəsində yerləşən Xanbulaqçay anbarı sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa edib. Lənkəran, Astara şəhərləri ilə yanaşı, 39 kəndi keyfiyyətli içməli su ilə təmin edən bu qurğu artıq istifadəyə verilib. 2014-2015-ci illərdə Beyləqan, Ucar, Göyçay şəhərlərində də su şəbəkəsinin tikintisi başa çatıb. Artıq bu yeni su təchizatı həmin bölgənin tələbatını ödəyir. Hazırda İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya" layihəsi çərçivəsində Gədəbəy və Astara rayonlarının su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bununla yanaşı, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə də layihələrin icrası istiqamətində mühüm işlər görülüb. Belə ki, düşmən erməni mövqelərinə yaxın məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndləri, eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkünlərin yaşadığı ərazilərə yeni su xətləri çəkilib. Hazırda Salyan və digər şəhərlərin içməli su təchizatını, kanalizasiya sistemlərini yaxşılaşdırmaq üçün layihələr hazırlanır.
"Azərsu" ASC Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində nəcib tədbirləri həyata keçirir. Abşeron yarımadası üzrə ən böyük layihələrdən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusu istifadəyə verilib. Bu qurğu bir milyona yaxın Abşeron sakininin su təminatını yaxşılaşdırmağa imkan verir. Kürdəxanı qəsəbəsində də içməli su şəbəkəsinin inşası yekunlaşıb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində isə 20 minədək sakin sutka ərzində fasiləsiz su ilə təmin edilib.
"Azərsu" ASC 2015-ci ildə keçirilən I Avropa Oyunlarına qədər Böyükşor gölünün və Olimpiya stadionu ətrafında, Su idman sarayının yaxınlığında yeni kanalizasiya kollektorları və xətlərin, nasos stansiyalarının köçürülməsi işlərini həyata keçirib. Hazırda Böyükşor gölünə axıdılan çirkli suların qarşısı tam alınıb.
Su sayğaclarının yoxlanılması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə Bakı şəhərində yeni laboratoriya fəaliyyət göstərir. Abonent məlumatlarının onlayn qaydada dəyişdirilməsi məqsədilə "Elektron hökumət" layihəsi çərçivəsində "Abonent məlumatlarının dəyişdirilməsi" elektron xidməti istifadəyə verilib.
"Azərsu" ASC su təchizatı və kanalizasiya sistemlərinin dünya standartları səviyyəsində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Cəmiyyət müvafiq elm və təhsil müəssisələri ilə davamlı əməkdaşlıq edir, kadrların seçimi və peşəkarlığın yüksəldilməsini daim diqqətdə saxlayır. "Azərsu"nun fəaliyyətində ekoloji məsələlərin həlli də xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, respublikamız su ehtiyatlarının məhdudluğu və içməli su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb" ölkəsi sırasındadır. Lakin fəxrlə qeyd etməliyik ki, "Azərsu" ASC-nin müvafiq dövlət proqramlarını uğurla icra etməsi nəticəsində Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Əminəm ki, hər birimiz dünyanın ən zəruri nemətlərindən biri olan sudan israfa varmadan istifadə etsək, bu uğuru daha sanballı edərik.
"Azərsu" ASC-yə yeni nailiyyətlər, hər birimizə isə sudan istifadəetmə mədəniyyəti arzu edirəm. Axı suyun qədrini bilən ölkələrdə diş fırçasından istifadə edilərkən belə, suya qənaət edilir.
Namiq QULİYEV
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ