Azərbaycan bankları Mərkəzi Banka (AMB) manatın məzənnəsinin dəyişməsi üçün konkret dəhliz müəyyən etməyi təklif ediblər. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, belə bir intervalın olması banklara gələcəkdə atılacaq addımları müəyyən etməkdə, işləri planlaşdırmaqda kömək olardı. Özü də bu, banklardan çox, onların müştərilərinə lazımdır.