Bazar günü günü, 25 oktyabr 2026
     

Heydər Əliyev və sahibkarlığın inkişafı

Image


Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynadığı üçün sahibkarlıq sahəsi prioritet istiqamətlərdən biri hesab olunur. Bu səbəbdən də Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu ilbəil artır.
Çünki dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır. Respublikamızda sahibkarlığın ilbəil dirçəlişi onun inkişaf dinamikası ilə xarakterizə olunur və bu dinamikada özəl sektorun inkişaf perspektivlərini özündə ehtiva edən göstəricilər öz əksini tapır. Sahibkarlığın inkişafı dinamikası üzrə bəzi göstəricilərə diqqət yetirək. Məsələn, 2015-ci ilin yekunları üzrə Azərbaycanda özəl sektorun ümumdaxili məhsulda (ÜDM) payı 81,2 faiz təşkil edib. Ötən il sənaye məhsullarının istehsalında özəl sektorun payı 76,4 faizə bərabər olub. 2015-ci ildə Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 10,2 faiz, yəni 677,231 minə qədər artıb. Sahibkarlıq subyektlərinin ümumi sayının 14,8 faizini hüquqi şəxslər, 85,2 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təşkil edib. Ötən il ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox ÜDM istehsal edilib. Qeyri-neft ÜDM-in həcmi 37,6 milyard manat olub. Əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal edilib. Bundan əlavə, 2015-ci ildə sənayedə istehsal olunan məhsulların həcmi 2,4 faiz artaraq 26,2 milyard manat olub. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faiz olub. Ümumi istehsalın 87,1 faizi sənaye məhsulunun istehsalı, 12,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Qeyri-neft sektorunun inkişafına sərf edilən 8796,3 milyon manatlıq vəsaitin 1229,2 milyon manatı (ümumi sərmayənin 7,7 faizi) qeyri-neft sənayesi sektorunun inkişafına yönəldilib. Qeyri-neft sektorunda işləyənlərin sayı 1469,5 min nəfərə çatıb. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Ötən il sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb.
Qeyd edək ki, ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən biri də sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, bu sahədə səmərəli mexanizmlərin tətbiqidir. Bu məqsədlə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mütəmadi olaraq regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi məqsədilə tədbirlər keçirilir. Həmin tədbirlərdə sahibkarlara güzəştli kreditlər verilir, maarifləndirici treninqlər təşkil olunur, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilir. Sahibkarlara prioritet istiqamətlərə uyğun nümunəvi layihələr təqdim olunur, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılır. Məsələn, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər 12 min 600-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşüb. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötənilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək. Ötən il sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub və sair.
Siyahını və faktların sayını daha da artırmaq olar. Şübhəsiz ki, son illərdə qeyri-neft sektorunda, xüsusilə də özəl sektorda, kiçik və orta sahibkarlıqda əldə edilmiş çoxsaylı nailiyyətlər məhz Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin, apardığı uğurlu iqtisadi islahatların nəticəsi kimi xarakterizə edilməlidir. Çünki məhz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sahibkarlığın, özəl sektorun inkişafına və bu inkişafın davamlı olmasına iqtisadi zəmin və şərait yaradıb. Bunun üçün tarixi faktlara nəzər salaq.
Məlumdur ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda çox ciddi sosial-iqtisadi və siyasi böhran yaranmışdı. Elan olunmamış Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmələri vəziyyəti daha kritik həddə çatdırmışdı. İstehsal və emal müəssisələrinin, fabrik və zavodların bağlanması, işsizliyin və yoxsulluğun artması, inflyasiyanın çoxalması və digər problemlər Azərbaycanı iqtisadi fəlakətə sürükləməkdə idi. Şübhəsiz ki, dövlətimizin belə bir acınacaqlı və dəhşətli durumdan çıxarılması üçün təcrübəli bir dövlət başçısına ehtiyac var idi. Məhz bu baxımdan da 1993-cü ildə xalqın istəyi və təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Heydər Əliyev başa düşürdü ki, istər paytaxtın, istərsə də regionların inkişaf etdirilməsi, respublikada yeni istehsal və sənaye müəssisələrinin yaradılması, yoxsulluğun, həmçinin işsizliyin səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafının sürətləndirilməsi, eləcə də digər önəmli işlərin görülməsi üçün yeni tədbirlər planının hazırlanması və həyata keçirilməsi hökmən vacibdir. Amma bunun üçün siyasi və iqtisadi sabitlik, həmçinin kifayət qədər maliyyə vəsaiti tələb olunurdu. Ancaq acınacaqlı durum uzun sürmədi. Xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində atəşkəs elan edildi, irimiqyaslı iqtisadi islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş - "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Azərbaycan neft və qaz, həmçinin digər mədən sənayesi sahələri üzrə bir sıra xarici şirkətlərlə müqavilələrə imza atdı. Bununla da həmin sahələrin inkişafına investisiyaların yatırılmasına və ölkəmizə kapital axınının sürətlənməsinə start verildi. Nəticədə əldə edilən gəlirlərin həcmi ilbəil artdı. Həmin gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsinə və həmin sahələrin inkişaf etdirilməsinə başlandı. Lakin neft-qaz sektorundan asılılıqdan qurtulmaq, ölkənin gələcək və davamlı inkişafını təmin etmək üçün regionların tarazlı və davamlı inkişafının təmin edilməsi və bölgələrdəki potensialdan səmərəli istifadə olunması həmin dövrün əsas tələblərindən biri idi. Bu səbəbdən də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulmasına, aqrar islahatların həyata keçirilməsinə, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanmasına, qiymətlərin sərbəstləşdirilməsinə və sair məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Nəticədə kənd təsərrüfatının 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas olması, özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi, onlara uzunmüddətli vergi tətillərinin verilməsi regionların inkişafında yeni mərhələnin əsasını qoydu. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev gələcək iqtisadi inkişafın məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ona görə də Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Bu baxımdan da məhz ümummilli liderin sayəsində kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirləri Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən, sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib. 1993-2003-cü illərdə Heydər Əliyevin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası və qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlıq infrastrukturunun formalaşdırılması, sahibkarlara maliyyə dəstəyinin, məsləhət, informasiya və digər zəruri texniki yardımların göstərilməsi, sahibkarların vergi yükünün azaldılması üçün mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin, həmçinin məcburi sığorta haqqının aşağı salınması, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi sisteminin tətbiqi də regionların inkişafında, həmçinin bölgələrdə kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsində mühüm rol oynadı. Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərdi və özəl sektorun həm ümumdaxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artdı.
Əminik ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş, Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi islahatlar nəticəsində sahibkarlığın, özəl sektorun inkişafı ilbəil artacaq və növbəti illərdə də ölkə əhalisinin həyat səviyyəsi daha da yüksələcək.
İradə Sarıyeva
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ