Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycanlı fermerlərin Rusiya bazarlarında fəaliyyəti genişlənir

Image


Bu mövsümdə Azərbaycan fermerlərinin Rusiyaya daha çox məhsul ixrac etməsi gözlənir. Bunun əsas səbəblərindən biri Rusiya ilə Türkiyə arasında siyasi və iqtisadi sahədə münasibətlərin getdikcə pisləşməsidir. Halbuki, Ankara Moskva ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın da bir daha təsdiq edir ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasına hazırdır:
"Biz noyabrın 24-də hadisənin baş verdiyi gün olduğu kimi, indi də problemi diplomatik yolla həll etməyə çağırırıq. Bizim təklif qüvvədədir". Onun sözlərinə görə, Ankara Rusiya tərəfindən Türkiyənin ünvanına mütəmadi olaraq əsassız bəyanatlar səslənməsini təəssüflə qarşılayır: "Biz belə bəyanatların hər birinə reaksiya verməyi doğru hesab etmirik. Biz irəliyə doğru addım atmağa hazırıq". Onun sözlərinə görə, müxtəlif səviyyələrdə müəyyən əlaqələr qurulur: "Biz bunu görürük və ümid edirik ki, onlar daha da intensiv olacaq. Türkiyə və Rusiya arasında olan möhkəm və inkişaf etmiş münasibətlərin bir hadisənin qurbanı olmasına yol vermək olmaz. Təəssüf ki, dialoq prosesi Rusiya təbliğatı və Türkiyəni ləkələyən bəyanatlarla hələlik blok edilib. Amma biz dialoq üçün gələcəkdə yeni imkanlar yaradacaq addımların atılmasına hazırıq". Lakin Ankaranın bu təşəbbüslərinə baxmayaraq, Moskva hələ də münasibətlərin normallaşmasına tərəfdar deyil. Bunu Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") son addımları da təsdiq edir. Belə ki, elə bu günlərdə "Rosselxoznadzor" Türkiyədən gətirilən 14 ton kahını geri qaytarıb. Məhsulların geri qaytarılmasına səbəb kimi agentlik kahıların sağlamlıq şərtlərinə uymamasını göstərib. Rusiyaya girişi qadağan edilən kahılar istehsalçı firmaya geri qaytarılıb. Bir müddət əvvəl Rusiya eyni səbəblə 15.9 ton digər aqrar məhsulların ölkəyə girişinə mane olub. Rusiyanın durmadan Türkiyədən gələn ərzaq və kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etməsi digər ölkələrdən, o cümlədən Azərbaycandan olan fermerlərin burada fəaliyyətinin genişlənməsinə səbəb olub. Əvvəlki kimi, ölkəmizdən Rusiyaya göndərilən məhsulların həcmi artmaqda davam edir və yayda bunun daha çox olması gözlənir.
Ekspertlər hətta bu gedişlə daxili bazarlarda yerli məhsulların qıtlığının yarana biləcəyini bildirir. Amma o da qeyd edilir ki, əvəzində Türkiyədən gələn aqrar məhsulların artması gözlənir.
Digər bir məsələ isə odur ki, Rusiyaya ixracın artırılması üçün yerli fermerlərin məhsullarının standartlara uyğun olması da zəruri sayılır. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev də təsdiq edir. O bildirir ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları bu il iki dəfə - mart və aprel aylarında Azərbaycanda səfərdə olublar: "Nümayəndə heyəti Bakıətrafı kəndlərdə, eyni zamanda bölgələrdə yaradılan istixanalara gedərək, xarici dövlətlərə ixrac üçün nəzərdə tutulan tərəvəz məhsulları, əsasən də pomidor sortlarının yetişdirilmə texnologiyası, qablaşdırılması və yüklənməsi ilə yaxından tanış olublar".
Camal Quliyev bildirib ki, səfər çərçivəsində nümayəndə heyəti Dövlət Xidmətinin bir neçə laboratoriyasına baş çəkərək, avadanlıqlar və bitki məhsullarının laborator yoxlanması üsulları ilə tanış olub. Nümayəndə heyəti ilə görüşdə Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracını artırmaq istədiyini deyən C.Quliyev qeyd edib ki, əlverişli iqlim şəraiti ilə yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına verilən dəstək də bol məhsul əldə etməyə şərait yaradır. Xidmət rəisinin sözlərinə görə, görüşdə Rusiya nümayəndə heyətini maraqlandıran daha bir məsələyə aydınlıq gətirilib: "Biz Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra Türkiyə pomidorunun Azərbaycan pomidoru adı altında Rusiyaya ixrac olunması cəhdlərinin artması ilə bağlı narahatlığına da aydınlıq gətirdik. Onların diqqətinə çatdırdıq ki, bu məqsədlə DFNX-nin bir qrup mütəxəssisindən ibarət işçi qrup fəaliyyət göstərir. Onlar istixanalara gedərək məhsulların Azərbaycan mənşəli olub-olmadığını yerində yoxlayır və istehsal yerindən bütün nümunələri götürərək Dövlət Xidmətinin laboratoriyalarına təqdim edirlər. Laboratoriyalarda müvafiq analizlər aparıldıqdan sonra yalnız Azərbaycan mənşəli pomidorlara sertifikat verilir. Eyni zamanda, fitosanitar müfəttişlər istehsal yerlərində məhsulun yığımında, qablaşdırılmasında və yüklənməsində iştirak edir".
DFNX rəisinin sözlərinə görə, sertifikatın verilməsində idxalçı ölkənin tələblərinə diqqətlə yanaşmağımıza baxmayaraq, "Rosselxoznadzor" Rusiyaya bitkiçilik məhsullarının ixrac edilməsi üçün yeni tələblər irəli sürüb: "Birinci tələb odur ki, bitkiçilik məhsulları istehsal edən istixana və təsərrüfatlar haqqında məlumatlar Rusiyaya təqdim edilməlidir. İkincisi, Rusiyaya bitkiçilik məhsulları hər bir istehsalçıya məxsus qablaşdırma materialı - taralarda göndərilməli və qablaşdırma materialları Gömrük İttifaqının tələblərinə uyğun markalanmalıdır. Sonuncu maddədə isə qeyd edilir ki, bitkiçilik məhsullarına verilən fitosanitar sertifikatlarda istehsalçının adı və ünvanı qeyd edilməlidir".
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ