Yerli sahibkarların Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üzrə təkliflərini göndərməsinin vaxtı çatıb.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov "Sahibkarlar Günü"nün təsis edilməsinə həsr edilmiş konfransda deyib.
Onun sözlərinə görə, bu layihələr Azərbaycan sahibkarlığına və iqtisadiyyatına böyük dəstək göstərməyə imkan verəcək.