Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Vergilər nazirliyi ilə birgə investisiyaların təşviqi və dəstəklənməsi üzrə təkliflər paketi hazırlayıb. Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev Sahibkarlar Gününün təsis edilməsinə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu sənədin hazırlanmasında digər nazirliklərin nümayəndələri də iştirak ediblər. Təkliflər baxılması üçün artıq Nazirlər Kabinetinə təqdim olunub.