Cümə axşamı günü, 09 iyul 2026
     

Azərbaycanın turizmdən daha çox qazana bilməsi yolunda ən böyük problem...

Image


Yay fəsli yaxınlaşdıqca turizmdə də müəyyən canlanma hiss olunur. həyata keçirilən tədbirlər, görülən işlər, həmçinin regionda gedən müəyyən proseslərin bu dəfə Azərbaycana xaricdən də xeyli sayda turist axınına səbəb olacağı gözlənir. Xüsusən də şimal qonşumuzdan Azərbaycana böyük sayda turist axınının olacağı proqnozlaşdırılır.
"İzvestiya" nəşri isə yazır ki, Rusiya turoperatorları yaxın xaricə, xüsusilə də Cənubi Qafqaz ölkələrinə turların sifariş edilməsində əhəmiyyətli dərəcədə artım müşahidə edirlər. Bu sırada Azərbaycanın adı xüsusi olaraq çəkilir. Düzdür, Rusiya Turoperatorlar Assosiasiyası (RTA) qeyd edir ki, rus turistlər üçün Türkiyə və Misirə tam olaraq əvəz, hələ ki, yoxdur. RTA-nın vitse-prezidenti Aleksandr Kurnosov "İzvestiya"ya bildirib: "Cənubi Qafqazın Türkiyə və ya Misirdəki kurortları əvəz edə biləcəyini demək çox tezdir". Onun fikrincə, buna səbəb Cənubi Qafqaz kurortlarında "hər şey daxil" sisteminin olmaması və dənizin Misir və Türkiyədəki ilə müqayisədə keyfiyyətidir.
Bununla yanaşı, Kurnosov qeyd edib ki, yenə də Cənubi Qafqaz turlarında nəzərəçarpacaq dərəcədə artım var. RTA-nın məlumatına görə, 2015-ci ildə Azərbaycanı 50 min rusiyalı turist ziyarət edib. Kurnosov bildirib: "Turistlər Azərbaycana Bakını gəzmək, bir neçə gün dəniz sahilində dincəlmək və yerli sanatoriyalarda müalicə olunmaq üçün gedir. Bundan əlavə, turistlər yerli mətbəxlə də maraqlanırlar".
"Rosturizm"in açıqladığı rəqəmlərə görə, bu vaxta qədər orta hesabla hər il Rusiyadan Türkiyəyə 4 milyondan çox turist gedir. Təxminən 3 milyon turist isə bu ölkədən Misirə üz tutur. Bu turistlərin hamısını Azərbaycana cəlb etmək mümkün deyil. Buna mövcud turizm potensialımız da imkan vermir. Ancaq müəyyən hissəsini cəlb etmək olar və rus turistlər özləri də Azərbaycana gəlməkdə maraqlıdır. Mütəxəssislər hesab edirlər ki, böyük sayda rus turistlərinin cəlbi üçün qiymətlərin bir qədər də endirilməsinə ehtiyac var. Həm də burada, qiymətdən başqa, keyfiyyət faktoru da rol oynayır. Ekspertlər hesab edir ki, Azərbaycan bunun üçün ən azı Türkiyədən nümunə götürərək, xidmət səviyyəsini qaldırmalı və endirimli paketlər təklif etməlidir. Mütəxəssislər hesab edir ki, bunlar həyata keçirilməsə, Rusiyadan gələn turistlərin sayında kəskin artım olmayacaq. Amma qiymət ensə, keyfiyyət yüksəlsə, həm xaricdən gələn turistlərin sayı artacaq, həm də yerli turistlər daxildə istirahətə üstünlük verəcək. Onu da qeyd edək ki, Azərbaycandan xaricə gedən turistlərin sayı heç də az deyil. Məsələn, təkcə ötən il ərzində Türkiyə Azərbaycandan 602 min nəfər turist qəbul edib. Türkiyə Otelçilər Birliyinin (TÜROB) baş katibi Uyqar Koçaş bildirir ki, Azərbaycan Türkiyə üçün potensial böyük bazarlardandır":Türkiyə azərbaycanlı turistlərin ən çox ziyarət etdiyi ölkələrdən biridir. Azərbaycanda İstanbul, Kapadokiya və digər qaynar turizm mərkəzlərinin reklam kampaniyalarını davam etdirmək önəmlidir. Türkiyə otellərinin, xüsusən Avropa və Rusiya da daxil olmaqla, əsas bazarlarda itirdiklərini bərpa etmək üçün böyük təşviqat xarakterli tədbirlər keçirdiyini deyən baş katib bildirib ki, TÜROB bu yaxınlarda Azərbaycan, Latın Amerikası və Cənubi Afrikada turizm bazarlarının tanıdılması üçün böyük turizm sərgiləri təşkil edib. Qonşu Gürcüstana da xeyli sayda soydaşımız gedir. Ümumiyyətlə, Gürcüstan Cənubi Qafqaz ölkələri ilə yanaşı, MDB, Orta Asiya və bir sıra Avropa ölkələri vətəndaşlarının səyahət etdiyi ölkələrdən biridir. Cari ilin yanvar-fevral aylarında Gürcüstana 360 mindən çox turist səfər edib. Onların da 114 mini Azərbaycan vətəndaşlarıdır. Azərbaycan bu göstərici ilə Gürcüstana gələn xarici turistlərin siyahısında birinci yerdədir. İkinci-üçüncü yerləri Türkiyə və Rusiya vətəndaşları tutur. Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.
Gürcüstanın Turizm Agentliyinin rəhbəri Mixeil Çerkezişvili bildirib ki, Gürcüstanda qiymətlər Avropa ölkələri ilə müqayisədə baha olsa da, bir sıra ölkələrdən ucuzdur: "Bu da onları qane edir. Xarici ölkə vətəndaşlarının Gürcüstana səfər etmələrinin bir səbəbi də bizim əlimizdə olanları, musiqimizi, rəqsimizi, mətbəximizi, şərabımızı düzgün təqdim etməyimizdə, restoran və otellərdə normal xidməti təşkil edə bilməyimizdədir. Ən əsası, ölkəmizin turizm imkanlarının xaricdə düzgün şəkildə reklamının aparılmasıdır".
Qeyd edək ki, 2015-ci ildə Gürcüstana rekord həddə - 5,8 milyon nəfər turist gəlib. Turizmdən ötən il 750 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Gürcüstan hökuməti 2025-ci ilədək turizm gəlirlərini 2,3 milyard dollara qədər yüksəltmək niyyətindədir. Bunun üçün "Gürcüstan turizminin inkişaf strategiyası" proqramı hazırlanıb. Gürcüstana gedənlər arasında azərbaycanlılar da ilk beşliyə daxildir. Həmin tursitləri daxili bazara cəlb etmək üçün qiymətlərin enməsi, keyfiyyətin artırılması vacibdir. Bu halda Azərbaycan turizmdən daha böyük miqdarda gəlir əldə edə bilər.
Tahir TAĞIYEV




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiyada ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ