Dünya neft qiymətləri bu gün 0,02% artaraq bir barel üçün 45,81 dollara (Brent markası üçün) çatıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, hərraclar zamanı brent markalı neftin qiyməti hətta 46,02 dollara kimi yüksəlib, amma sonra yenə enib.
Bu günkü neft qiymətləri 2015-ci il noyabrın 26-dan ən yüksək göstərici sayılır.
Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 0,01 artaraq 44,18 dollar təşkil edir.