"Fitch" Beynəlxalq reytinq agentliyi hesab edir ki, dünya neft bazarı 2017-cı ilin ortaları və ya sonunda balanslaşacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Londondakı "Fitch" agentliyinin korporasiyalar şöbəsinin direktoru Dmitriy Marinçenko bildirib ki, Dohada aprelin 17-də keçirilən Neft İxrac edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin toplantısının nəticəsizliyi neft bazarına öz mənfi təsirini edə bilər.
Görüşün nəticəsi kimi bu yaxınlarda neft qiymətləri bir barel üçün 30-35 dollara kimi düşə bilər.