Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün "Braille Pad" planşet kompüterlər ixrac edəcək.
Bunu Trend-ə "Braille Pad" layihəsinin rəhbəri Rəşid Əliyev deyib. Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə "Braille Pad" ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.