Lisenziyaları Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılan "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın birləşdirilməsi ilə bağlı qərar aprelin 26-da qəbul olunacaq. Bunu Trend-ə "Qafqaz İnkişaf Bankı"nın Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.
Birləşmə barədə qərar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi. Bununla əlaqədar banklardan birinin lisenziyası bərpa olunmalıdır, lakin Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib.
E.İsmayılovun sözlərinə görə, məhkəmənin qərarından şikayət verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin iclası aprelin 26-da baş tutacaq: "Ümid edirik ki, qərar xeyrimizə qəbul ediləcək".