Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə kiçik həcmdə - məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələrin aradan qaldırılmasının vacibliyini qeyd edib: "Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq”.