Cümə axşamı günü, 09 iyul 2026
     

Milli Azərbaycan taxılının ən böyük problemi...

Image


Məlum olduğu kimi, Azərbaycan taxıla olan tələbatının bir hissəsini hələ də idxal hesabına ödəyir. Hökumətin isə qarşıya qoyduğu əsas məqsəd ərzaq təhlükəsizliyinin etibarlı təmini məqsədilə taxıl tələbini sırf yerli istehsal hesabına ödəməkdir. Lakin buna qədər taxıl idxalı davam edəcək. Xatırladaq ki, dünya bazarlarında taxılın qiymətinin dəyişməsi və manatın sonuncu devalvasiyasından sonra bunun əhaliyə zərərinin minimum həddə endirilməsi üçün buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması barədə qərar qəbul olunub.
Burada əsas məqsədlərdən biri də Azərbaycanda yerli istehsalı artırmaq və ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətini yüksəltməyə nail olmaqdır. Xatırladaq ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə, Prezidentin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb. Bu qərar həm də bütün un məmulatlarının qiymətini azaltmağa imkan verdi. Qiymətin azalması yerli istehsalçılar üçün də sərfəlidir, çünki ölkədə istehsal edilən məhsulların qiyməti aşağı düşür. Amma ekspertlər istənilən halda əsas diqqəti yerli istesahsala yönəltməyi vacib sayır. Çünki dünya bazarlarında taxıl və taxıl məhsullarının qiyməti sabit deyil və cari il ərzində qiymətlərin daha da artması gözlənir. Məsələ burasındadır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda taxıl istehsalı ilə bağlı xoşagəlməz vəziyyətin yarandığı diqqətə çatdırılır. Qeyd olunur ki, 2016-cı ildə qlobal taxıl istehsalı 0,2% azalaraq 2,52 milyard ton təşkil edəcək. Belə dinamika Rusiya və Ukraynada buğda istehsalının azalması ilə bağlıdır. FAO-nun hesabatında bununla bağlı daha sonra deyilir: "FAO 2016-2017-ci illərdə taxıl istehsalının bir qədər azalacağını proqnozlaşdırır və bu, xeyli dərəcədə dünya buğda istehsalının azalması nəticəsində baş verəcək. Hazırda buğda istehsalı 712,7 milyon ton gözlənir və bu, 2015-ci illə müqayisədə təxminən 20 milyon ton azdır. Bu azalma quraq hava üzündən Rusiya və Ukraynada buğda istehsalının aşağı düşəcəyi gözləntilərini əks etdirir". Proqnoza görə, dünya üzrə qarğıdalı istehsalı 1,1% artaraq 1 milyard 14 milyon tona çatacaq. Buna səbəb Avropa İttifaqı ölkələrində qarğıdalı istehsalının bərpası və ABŞ-da əkinlərin genişləndirilməsidir.
Bundan başqa, Asiyada hava şəraitinin yaxşılaşması ilə bağlı dünya üzrə düyü istehsalının bərpa olunacağı proqnozlaşdırılır. FAO düyü istehsalının 1% artaraq 495 milyon tona çatacağını təxmin edir. Beynəlxalq taxıl ticarəti isə 2016-2017-ci illərdə iki mövsüm dalbadal idxalçı ölkələrdə tələbin aşağı düşməsi ilə bağlı zəifləyəcək. Xatırladaq ki, Azərbaycanın taxıl aldığı ölkələr sırasında Rusiya da mühüm yerlərdən birini tutur. Bu səbəbdən həmin ölkədə taxıl istehsalının azalması Azərbaycan üçün də müəyyən çətinlik yarada bilər. Bununla bağlı bəzi mütəxəssislər həyəcan təbili çalsa da, dövlət qurumları vəziyyətin nəzarətdə olduğunu bildirir. Qeyd olunur ki, taxılla bağlı ölkədə problem yaşanmayacaq.
Ekspertlər isə xatırladır ki, dünya bazarında buğdanın qiymətində sabitlik mövcud deyil. Bu səbəbdən Azərbaycan taxıl alınmasına daha çox vəsait sərf edə bilər. Bu fonda o da vurğulanır ki, həmin maliyyə vəsaiti fermerlərimiz üçün xərclənsə daha yüksək nəticələr əldə oluna bilər. Hökumət isə vəziyyəti nəzarətdə saxlamaq üçün əslində fermerlərə getdikcə daha çox güzəşt və yardımlar edir. Xatırladaq ki, ölkə başçısının 2007-ci ildə imzaladığı sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına ildə bir dəfə əkdikləri hər hektar sahəyə görə 40 manat yanacaq və mühərrik yağı xərci verilir. Taxıl istehsalçıları isə hər hektara görə 80 manat həcmində əvəzsiz yardım alır. Sadəcə, yerli istehsal keyfiyyət sarıdan əziyyət çəkir. Bu səbəbdən yerli istehsaldan əldə olunan buğdanın keyfiyyəti aşağı olduğundan, bu məhsul əhalinin çörək təminatını ödəyə bilmir. Elə ona görə də hökumət əhalinin çörəyə olan tələbatını ödəmək üçün xaricdən keyfiyyətli buğda idxal etmək məcburiyyətindədir. Ekspertlər isə vəziyyətin dəyişməsi istiqamətində atılan son addımların yaxın tezlikdə müsbət nəticələr verməsini istisna etmir. Həm istehsal həcminin artması, həm də keyfiyyətin yüksəldilməsi gözlənir.
Tahir TAĞIYEV
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiyada ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ