Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycana böyük turist axını başlanır

Image


Əvvəlcədən də gözlənildiyi kimi, cari ildə Azərbaycanın turizmdən daha böyük miqdarda gəlir əldə etməsi proqnozlaşdırılır. Buna bir neçə amil təsir edir. Əvvəla, Azərbaycanda turizmdən daha böyük miqdarda gəlir əldə etmək məqsədilə zəruri addımlar atılıb, əlverişli infrastruktur yaradılıb. Digər tərəfdən təhlükəzlik və geosiyasi amillər də bu il Azərbaycana turist axınını xeyli çoxaldacaq.
Artıq bəllidir ki, bu il Azərbaycana Rusiyadan daha çox turist gəlişi gözlənir. Məsələ burasındadır ki, Türkiyə və Misir istiqamətləri 2016-cı ildə rusiyalı turistlər üçün açılmayacaq. Rusiyanın Turizm üzrə Federal Agentliyinin direktor müavini Roman Skorıyın sözlərinə görə, Türkiyə istiqaməti bu il dəqiq açılmayacaq: "Sonuncu hadisələr isə göstərdi ki, Misir də, ehtimallara görə, bu il açılmayacaq". O qeyd edib ki, Misirin hava məkanındakı uçuşların təhlükəsizliyi yalnız Rusiya turistlərinə aid deyil: "Məsələn, Böyük Britaniya və Avropanın bir çox ölkələri Misirlə hava uçuşlarının bərpasına tələsmir. Əsas problem təhlükəsizlik məsələsidir".
Bu arada Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünalın Rusiyada 2,5 milyon turist gözlədikləri ilə bağlı fikirlərinə qarşı tərəf cavab verib. Rusiyanın Səyahət Agentlikləri Birliyinin sədri Andrey Qavrilov bildirib ki, Türkiyənin bu gözləntisi real deyil: "Türkiyə rus turistlərin sayı ilə bağlı qeyri-dəqiq hesablama aparır. Əvvəllər milyonlarla rusiyalı turist Türkiyəyə qrup şəklində satın aldıqları tur-paketlərlə gedirdi. Hazırda isə Rusiya Xarici İşlər Nazirliyinin müəyyən tövsiyələri var. Turizm sahəsində isə bu tövsiyələr Türkiyənin turizm bölgələrinə getməyi qadağan edir. Bundan əlavə, qrup yox, fərdi şəkildə səfər edən turistlərinin sayının isə 2,5 milyona çatması ehtimalı çox aşağıdır".
Qavrilov vurğulayıb ki, Ankaranın bütün cəhdlərinə rəğmən, avropalı turistlərin tətil üçün Türkiyəyə getməsi çətindir: "Hazırkı vəziyyətdə Türkiyədə təhlükəsizlik təminatının hansı səviyyədə olduğunu bilmirəm. Avropalılar bu hala çox həssas yanaşır". Qeyd edək ki, nazir Mahir Unalın sözlərinə görə, bu il Türkiyənin turist itkisinin cəmi 20% olacağını, Rusiyadan isə ölkəyə 2,5 milyon turistin gələcəyini gözləyirlər. Amma vəziyyət fərqlidir. Ekspertlərin son bir neçə ay ərzində Rusiya-Türkiyə və Rusiya-Misir münasibətlərinin gərginləşməsi, o cümlədən Türkiyənin turistlərin sıx olduğu böyük şəhərlərində baş verən partlayışlar səbəbindən Rusiyadan bu ölkələrə gedən turistlərin sayını azalacağı ilə bağlı proqnozları da özünü doğruldur. Bu fonda artıq Azərbaycana qonşu dövlətlərdən, xüsusən də İran və Rusiyadan gələn turistlərin sayında artım müşahidə olunur. Yəni belə demək olarsa, Türkiyənin rus və avropalı turistlər üçün "təhlükəli ölkə"yə çevrilməsi Azərbaycan, Gürcüstan və digər dövlətlərin qarşısında turizm imkanları açıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edir ki, Azərbaycanda 250-dən çox turist şirkəti fəaliyyət göstərir. 570-dən çox yerləşdirmə yeri otellər, motellər var. Azərbaycana gələn turistlər son 10 ildə təxminən 5 dəfə artıb: "Azərbaycanda turizm siyasəti dövlət səviyyəsində həyata keçirilir. Bununla biz böyük layihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. Onların sırasında, xüsusən qeyd etmək istəyirəm ki, Azərbaycan öz turizminin inkişafı ilə bağlı proqramlarının ikisini uğurla həyata keçirib. Hazırda yeni turizm strategiyası və turizm haqqında yeni qanunun müzakirəsi artıq Milli Məclisin kommissiyalarında müzakirələrə çıxarılıb".
Mədəniyyət və Turizm Nazirliyi ölkəyə səyahət edən turistlər üçün təhlükə olmadığını da açıqlayıb. Qeyd olunur ki, xarici turistlər ölkəmizdə tam təhlükəsiz şəraitdə istirahət edə bilər: "Xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də tədbirlər görülür. Dünyanın istənilən ölkəsindən turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edə bilərlər. Turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur".
Bu arada bir məqamı da qeyd edək ki, Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında rus turistlərin istirahət etmək üçün ən çox seçdikləri ölkədir. "Travel.ru" saytı yazır ki, ötən il Azərbaycan 2 milyon turist qəbul edib ki, onların da 685 mini Rusiyadandır.
Bu il isə turistlərin sayı daha çox olacaq. Mütəxəssislər hesab edir ki, qonşu ölkələrin turizmi ilə rəqabət apara bilmək üçün qiymətlərin bir qədər də endirilməsinə ehtiyac var. Həm də burada, qiymətdən başqa, keyfiyyət faktoru da rol oynayır.
Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ