şənbə günü, 11 iyul 2026
     

Regionlardan Bakıya axının əsaslı səbəbləri var

Image


Aparılan son araşdırmalar həm açılan müəssisələrin, həm də əhalinin sayı baxımından paytaxtın hələ də regionları nəzərəçarpacaq dərəcədə geri qoyduğunu göstərir. Əvvəlki kimi yenə iş üçün regionlardan paytaxta üz tutanların sayının artdığı bildirilir. Digər tərəfdən, toplanan verginin böyük miqdarı yenə Bakının üzərinə düşür.
Düzdür, real vəziyyət göstərir ki, Azərbaycanın bölgələrində əhali əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və qanunvericiliyə görə, belə insanlar vergidən azaddır.Təbii ki, torpaq vergisi istisna olmaqla. Bu amil də, istər-istəməz, vergi daxilolmalarında ölkənin ayrı-ayrı şəhər və rayonlarının payını azaldır. İqtisadçı-ekspertlərin fikrincə, vergi daxilolmalarında Bakının aparıcı mövqeyi həm də kiçik və orta sahibkarların böyük bir qisminin paytaxtda fəaliyyət göstərməsi ilə bağlıdır. Baxmayaraq ki, mövcud vergi qanunvericiliyinə əsasən, regionlarda iş adamları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Məsələn, sadələşdirilmiş verginin dərəcəsi Bakıda 4%-dirsə, regionlarda bu hədd 2%-dir.
Buna rəğmən, fəaliyyətini Bakıda quranların sayı yenə yüksək olaraq qalır. Məsələni şərh edən iqtisadçı-ekspert Azər Mehtiyev qeyd edir ki, ilk öncə miqrasiyanın artmasının səbəblərinin araşdırılması mühümdür: "İnsanların nəyə görə regionlardan paytaxta miqrasiya etməsinin səbəbləri araşdırılmalıdır. Son zamanlar paytaxt Bakı və ətrafında tikinti, inşaat işləri ilə bağlı bir canlanma var. Bu da nəticədə regiondan gələn insanların iş tapmasına şərait yaradır. Şəhərə miqrasiya edən şəxslərin hamısının heç də birdəfəlik Bakıda məskunlaşdığını iddia edə bilmərik. Onların əksəriyyətinin ailəsi rayonlardadır və özləri də işlə əlaqədar müvəqqəti məskunlaşıblar".
Miqrasiyanın qarşısını almaq üçün ilk öncə regionlarda kiçik şəhərlərin inşasının, iş yerlərinin açılmasının və istehsal müəssisələrinin yaradılmasının zəruri olduğunu söyləyən ekspert daha sonra bildirib: "Eyni halda regionlarda sahibkarlığın inkişafına diqqət yetirilməlidir. Bu baxımdan Bakıya miqrasiya edən vətəndaşlar rayonlarda iş-güc olacağı halda çox böyük məmnuniyyətlə öz yaşadıqları yerlərə qayıtmağa hazırdırlar. İşləri olduğu halda onlara rayon yerində ev tikmək və özlərinə şərait yaratmaq daha asandır. Digər tərəfdən nəzərə alınmalıdır ki, bu gün regionlardan şəhərə axın edən insanların əksəriyyəti kənd sakinləridir. Həmin kəndlilər yaşadıqları kəndlərdə torpaq mülkiyyətçisi olaraq işlə məşğul olan kimi sayılırlar. Bütün bunların fonunda regionlarda kiçik şəhərlərin inkişafına diqqət artırılmalı və miqrasiya axını kəndlərdən paytaxta yox, rayon mərkəzlərinə yönəldilməlidir".
Hazırda real vəziyyətin təhlili göstərir ki, regionlarla müqayisədə Bakıda əhalinin gəlirləri daha yüksəkdir. Digər tərəfdən, burada vətəndaşlara təklif olunan eyni əmtəə və xidmətlər paytaxtda daha rahat realizə olunur. Daha bir səbəb isə Bakıda iş adamlarının fəaliyyət göstərməsi üçün daha yaxşı şəraitin yaradılmasıdır. Paytaxt və onun ətrafında fəaliyyət göstərmək istəyən sahibkarlar əksər hallarda elektrik enerjisi, təbii qaz, içməli su və kanalizasiya kimi kommunal xidmətlərlə təchizat baxımından əziyyət çəkmir. Belə vəziyyət isə iş üçün paytaxta gələnlərin sayının artmasına təsirsiz ötüşmür. Bundan başqa, müəssisə və sahibkarların 60 faizdən çoxu ticarət sektorunda fəaliyyət göstərdiyindən, əhalinin sıx olduğu ərazilərdə işləməyə üstünlük verir. Ticarət müəssisələrinin paytaxtda çoxluğunun başqa bir səbəbi burda həyat səviyyəsinin rayonlara nisbətən yüksək olmasıdır. Müəssisələr isə daha yaxşı alıcılıq qabiliyyəti olan müştərilərə yaxın olmaq istəyir.
Bir məsələ də həqiqətdir ki, bölgələrdə kredit şərtlərinin ağır olması, kredit götürəndə girovlarla bağlı çətinliklər də rayonlardakı şirkətlərə problemlər yaradır. Bakıda çalışan müəssisələrin isə həm girovları etibarlı olur, həm də banklar, adətən, belələrinə krediti daha asan verir. Bu da ona gətirib çıxarır ki, bölgələrdən hələ də Bakıya müəyyən axın var və bu da daxili miqrasiyanın aktiv olduğunu göstərir. Vəziyyətin nə zaman dəyişəcəyi isəhələ dəqiq məlum deyil.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ