Bazar günü günü, 01 noyabr 2026
     

"Yazıçının "izm"lə maraqlanması cəfəngiyyatdır"

Image


Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihəsi çərçivəsində növbəti mətbuat konfransını keçirib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova ədəbiyyatın cəmiyyətdəki rolundan danışıb.
O qeyd edib ki, ədəbiyyat zaman-zaman bədii-estetik idrak, ictimai-siyasi idrakın ilkin bazası, hərəkətverici qüvvəsi rolunu oynayıb. Məlahət Xəlilova ədəbiyyatın bədii-estetik hadisə olmadığını deyib, onun sözlərinə görə, ədəbiyyat həm də ideoloji məsələdir: "XXI əsrdə istər Azərbaycan, istər Avropa, istərsə də dünya ədəbiyyatının əsas hərəketverici qüvvəsi ədəbi cərəyanlardır. Müasir ədəbi cərəyanlar ədəbi proseslərin formalaşmasında müstəsna əhəmiyyətə malikdirlər. Müasir çağda ədəbi cərəyanlar elmi-metodoloji bazasından, yanaşma tərzindən asılı olaraq ədəbiyyat üçün həm də istiqamətverici stimulyatordur. Cərəyanlar müasir ədəbiyyatın ideoloji və estetik xətlərini müəyyən edən faktorlardır. Yarandığı gündən ədəbiyyat müxtəlif estetikalara və müxtəlif ideologiyalara xidmət edib. Bu özünü ədəbi cərəyanların yaranmasında və ədəbi proseslərdə göstərib. Sürrealizm, Neoklassisizm, Romantizm, Parnasizm, Naturalizm, Simvolizm, Realizm, Futurizm, Dadaizm, Ekzistensializm, Personalizm, Modernizm, Postmodernizm, İmpressionizm, Ekspressionizm - sadaladığım "izm" lərin hamısı ədəbiyyata aiddir. Dünya ədəbiyyatında sadaladığımız "izm"lərin hamısında ədəbi əsərlər yazılıb. Eyni zamanda, Azərbaycan ədəbiyyatında da bu ədəbi cərəyanlara aid əsərlər var. Müasir ədəbi cərəyanların Azərbaycanın ədəbi sahəsinə ayaq açmasından sonra, hesab edirəm ki, vəziyyət müsbət inkişaf məcrasına yönəlib. Artıq yeni yazarlar özlərinin ideoloji xəttinə uyğun olan cərəyanlarını müəyyən edib, onları uğura aparan yoldadırlar. Azərbaycanda ədəbi cərəyanlar dünya ədəbiyyatı ilə müqayisədə heç də pis pillədə deyil. Bu kontekstdə yeni yazılan əsərlər dünya oxucusuna təqdim etmək üçün yüksək keyfiyyətə malikdir". Məlahət Xəlilova qeyd edib ki, bəzi yazarlar əsərlərində müxtəlif cərəyanları biri-birinə qarışdıraraq, öz estetik prinsiplərinin ziddinə gedir. M.Xəlilova postmodern görünmək üçün əsərlərinə qarmaqarışıq elementlər gətirən çoxlu sayda yazarların olduğunu iddia edir: "Yeni nəsil bəzi istedadlı yazarları müşahidə edəndə görürsən ki, bunun təbii stixiyası tamam başqadır və öz yolu ilə gedərsə daha çox uğur qazana bilər. Amma hay-küy onu da yolundan azdırar. "Hər şərin mahiyyətində bir xeyir, hər xeyirin də mahiyyətində bir şər var" prinsipilə, müasir Azərbaycan ədəbiyyatı da sıravi öndə qalmamaq üçün bu prosesi uğurla keçəcək". Lakin M.Xəlilova hesab edir ki, peşəkar yazıçı heç də yazı prosesində hansı ədəbi cərəyana aid olduğunu fikirləşməməlidir. O, yazan şəxsin hər hansı "izm"lə maraqlanmasını cəfəng hesab edir: "Sadəcə yazmaq lazımdır, bir qələm sahibinin işi ancaq yazmaqdır. Qələmindən çıxan əsəri hansısa cərəyana daxil etmək, yazıları araşdırmaq və təsnifləndirmək isə nəzəriyyəçilərin problemidir. Azərbaycanda bu ənənə bərpa edilməlidir, bu sahədə müəyyən qarışıq mənzərənin şahidi oluruq. İndi həm tənqidçiliklə, həm də nəzəriyyəçiliklə yazarlar özləri məşğul olurlar". Məlahət Xəlilova vurğulayıb ki, müasir "izm"lərin Azərbaycan ədəbiyyatına axını müsbət haldır. İstənilən vəziyyətdə bunu inkişafa gedən yol adlandıran M.Xəlilovanın sözlərinə görə, müasir ədəbi cərəyanlarla yanaşı, ədəbiyyatda milli dəyərlərin izlənilməsi də nəzərə alınmalıdır: "Vətənpərvərlik mövzusuna xüsusi yer verilməlidir. Hesab edirəm ki, ədəbiyyat Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı vasitədir. Son illərdə Qarabağa dair yazılan az sayda əsərlərə rast gəlirik. Məsələ yazarlarımızın diqqətində saxlanmalıdır".
Layihənin eksperti Fatma Abbasquliyeva çıxışında ədəbi proseslərdə ayrı-ayrı yazarların "izm"lərə münasibətini ortaya qoyub. F.Abbasquliyeva bildirib ki, Azərbaycanda ədəbi cərəyanlara aidlik məsələsi də, yazarların bir araya gəlməsi də dostbazlıqdan o tərəfə keçmir. O hesab edir ki, yeni ədəbiyyatımızdakı qruplaşmalar əslində hər hansı bir ədəbi cərəyandan daha çox xırda, məhdud dairənin dostbazlığından başqa bir şey deyil. F.Abbasquliyeva bunu ədəbi cərəyanların Azərbaycan ədəbiyyatına axının qarşısında ən böyük maneə kimi görür: "Əgər söhbət ədəbi cərəyanlardan gedirsə, məsələdə qruplaşma və dostbazlıq söhbətləri yığışdırılmalıdır: "Yazıçı "izm"lə məşğul olmasa daha yaxşı olardı. Çünki onun hansısa cərəyan haqqında düşünməsi birbaşa yaradıcılığına mənfi təsir göstərir. Əsər ərsəyə gələndən sonra onun "izm"inin müəyyənləşməsi üçün sahə mütəxəssislərinə həvalə edilməlidir. Əks təqdirdə yazıçının özünü cərəyana aid etməsi məntiq baxımından səhvdir. Tarix boyu tanıdığımız istənilən ciddi yazarı istənilən "ədəbi cərəyana" aid etmək olar. Məsələ ondadır ki, yazıçının özünün belə bir iddiası olmamalıdır". Fatma Abbasquliyeva vurğulayıb ki, yazıçının istedadı, ruhi azadlığı onun hər şeyidir - ədəbi cərəyanı da, ədəbi vicdanı da, böyüklüyü də onun estetik bütövlüyüdür: "Onu hər hansı bir uydurma termin səviyyəsində anlamaq da onu bu dar çərçivəyə salmaq da səhvdir. Xüsusilə özünü postmodernist adlandıran yazıçıları başa düşmək çətindir. Hər nəyi bəyənməyən bu tip yazıçılar bu gün qruplaşmalar şəklində fəaliyyət göstərirlər. Həqiqətən də hər şey onlar deyən kimi cərəyan edirsə, o zaman "təmizlik işi"ni birinci özlərindən başlamalıdırlar. Çünki yazıçının özünü hansısa cərəyana aid etməsindən absurd iş yoxdur. Heç kəs onlara "sən postmodernistsən, sən səhvsən" kimi ittihamlar səsləndirmir. Hərənin bir yolu var. Problem onların özündədir, yazıçı heç vaxt özünü qabağa verib cərəyan mənsubluğunu deməməlidir. Təəssüflər olsun ki, indi belələrinin sayı getikcə artır. Onlar özləri üçün dərhal ölçü götürməlidirlər".
Ekspert Alim Hüseynli isə milli-avanqard ədəbiyyatın inkişafının yazıçılar tərəfindən irəli çəkilməsinin vacib olduğunu bildirib. A.Hüseynli indiki məqamda Azərbaycan ədəbiyyatında elə də ürəkaçan ədəbi cərəyanın olmadığı qənaətindədir. Ekspertin sözlərinə görə, yazıçılar tərəfindən milli ədəbiyyatımıza dünya səviyyəsində çıxış edə bilən və cərəyanlar qabağında öz sözü və ideologiyasını ortaya qoya bilən cərəyanlar gətirilməlidir: "Konkret olaraq, yazılan əsərlərin hansısa cərəyana aid olması o qədər də hiss olunmur. Lakin müəyyən nümunələr var ki, onlar istisnadır. Müstəqillikdən sonra gələn ədəbiyyatda sanballı əsərlər var və yazılır. Gümanım var ki, bir neçə ildən sonra Azərbaycan ədəbiyyatı ilə də dünyada tanınacaq. Əsasən, istedadlı gənclərimiz var, kifayət qədər də maraqlı, orijinal əsərlər yazılır. Lakin məsələ ədəbi cərəyana gələndə vəziyyət bir qədər dəyişir. Yazıçılar əsərlərini yazmamış "izm"lərə ciddi əhəmiyyət verirlər. Fikrimcə, hər hansı bir ədəbi cərəyana qoşulan yazar özünü, düşüncəsini istər-istəməz çərçivəyə salmış olur - bu isə onun yaradıcı təxəyyülünü məhdudlaşdırır".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ