şənbə günü, 10 oktyabr 2026
     

Qazın qiymətini Türkiyə müəyyən edəcək, Azərbaycan da öz töhfəsini verir

Image


Dünya enerji müstəvisində son günlərin ən çox diqqət çəkən məsələlərindən biri qardaş Türkiyənin qaz qovşağına çevrilməsi istiqamətində atılan addımlardır. Bu məsələ sona kimi həyata keçsə, Türkiyə dünyada qaz qiymətlərinin müəyyən edildiyi əsas məkanlardan biri olacaq. Sözügedən prosesdə Türkiyənin mövqeyinin güclənməsinə təkan verən əsas ölkələrdən biri qismində isə Azərbaycan çıxış edir.

Qeyd edək ki, Azərbaycandan başqa, Rusiya, Türkmənistan kimi öıləklər də öz qazlarını Türkiyə üzərindən dünya bazarlarına çıxarmağa xüsusi diqqət edirlər. Hələ cari ilin oktyabr ayının 12-14-də Moskvada keçirilən “Rusiya Enerji Həftəsi: 2022” Beynəlxalq Forumunda Rusiya prezidenti Vladimir Putin Türkiyədə Avropada qazın qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq mərkəzlərə alternativ ola biləcək yeni qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib.  O, bu məqsədlə Türkiyəyə əlavə qaz kəmərləri çəkməyin lazım gəldiyini və artıq hər iki ölkənin birinci şəxslərinin bu ideyanı dəstəklədiklərini bildirib: “Türkiyədə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. Qaz alıcıları həmişə olur, bu, dünyada çox tələb olunan məhsuldur. Qaz ən ekoloji cəhətdən təmiz karbohidrogendir, “yaşıl enerji”yə keçid üçün ideal ilkin enerji mənbəyidir. Mən bilirəm ki, istehlakçılar çoxdur və Rusiya qazını almaq istəyənlər də çoxdur. Türkiyənin Avropaya mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”. Onun sözlərinə görə, Türkiyə ilə işləmək daha asandır, çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözün üstündə duran adamıdır: “Razılaşmaq çətin ola bilər, amma razılaşsaq, icra etməyə çalışırıq. Bu birincidir. İkincisi, Qara dənizə nəzarət etmək bizim üçün daha asandır. Bu, çox real layihədir, biz bunu çox tez həyata keçirə biləcəyik”. Məsələ ilə bağlı “Qazprom” ASC-nin Direktorlar Şurasının sədri Viktor Zubkov da Bakıda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyədəki qaz habının hamıya, o cümlədən Azərbaycana da sərfəli olduğunu diqqətə çatdırıb. Viktor Zubkov, eyni zamanda, bu layihənin sadəcə böyük əhəmiyyətini dərk etməyin və bu məsələ ilə ciddi məşğul olmağın vaxtı çatdığını xatırladaraq, Türkiyənin də bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müsbət münasibətini vurğulayıb. Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə görə, əgər bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, respublika öz qazını planlaşdırılan qovşağa çatdırmağa hazırdır. E.Soltanov, həmçinin qeyd edib ki, ölkəmizdə “mavi yanacaq” hasilatının əsas payı dövlət şirkəti olan  SOCAR-ın deyil, “Şahdəniz” beynəlxalq konsorsiumunun üzərinə düşür: “Bu, bizim üçün yeni təşəbbüsdür və diqqətdə saxlanılır. Azərbaycanda qaz əsasən beynəlxalq konsorsium tərəfindən hasil edilir və SOCAR da bu prosesdə iştirak edir. Lakin bu, BP, “LUKoıl” və İran şirkətlərinin daxil olduğu bir konsorsiumdur və onlar üçün ən vacibi bu layihənin iqtisadi əsaslandırılmasıdır. Bundan mənfəət əldə ediləcəyi sübuta yetirilərsə,   tərəflərin layihəyə müsbət münasibəti də heç bir şübhə doğurmur”.   

Türkiyənin Energetika Nazirliyi qovşağın tərkibindəki qazpaylama mərkəzinin Trakyada yerləşəcəyini açıqlayıb Qardaş ölkənin energetika naziri Fatih Dönməz Rusiya yanacağının satılacağı yeni qaz qovşağının təfərrüatlarını açıqlayıb. Energetika Nazirliyinin rəhbəri  bildirib ki, qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Trakyada yerləşəcək. Dönməz həmin ərazini yanacaq paylama mərkəzi qurmaq üçün ən əlverişli yer adlandırıb. Elə prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, Trakya mərkəz üçün ən uyğun yer hesab olunur. Onun sözlərinə görə, Türkiyənin Energetika Nazirliyi artıq Rusiya tərəfi ilə işə başlayıb. Ərdoğan qaz habı məsələsini Azərbaycanla da müzakirə edəcək. Belə ki, Türkiyə Prezidenti dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır. Bu xüsusda Ərdoğan qeyd edib: “Rusiya prezidenti Vladimir Putin və ölkə rəsmiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılmasının gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Mən müsbət nəticələrə ümid edirəm”. O qeyd edib ki, Türkiyə hökuməti ölkədə beynəlxalq qaz qovşağı yaratmaq istəyir, onun iştirakçıları bu resursun qiymətlərini müəyyən edəcəklər: “Biz qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı istənilən məsələdə əməkdaşlığa hazırıq. Bu baxımdan biz bir çox ölkələrlə fəal danışıqlar aparırıq: Mərkəzi Asiyadan və Aralıq dənizinədək. Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq”. Ərdoğan Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu xatırladıb. İndi hesab edilir ki, Türkmənistan və Azərbaycan da Türkiyədə qaz habı yaradılmasını dəstəkləyəcəklər. Türkmənistan qazı isə Azərbaycan üzərindən Türkiyəyə çatdırılacaq. Bunun üçün mühüm təşəbbüslər də irəli sürülüb. Ötən ay Tükmənistanın paytaxtı Aşqabadda “Türkmənistan neft və qazı - 2022” beynəlxalq sərgi və konfransında  ABŞ-ın “Trans Caspian Resources, Inc”şirkəti Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik “Transxəzər” birıəşdirici qaz kəməri ideyasını təqdim edib. “Trans Caspian Resources, Inc”in məşvərət komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistanın mövcud dəniz platformalarının Azərbaycandakı eyni platformalarla birləşdirilməsindən ibarətdir: “İldə 10-12 milyard kubmetr buraxılış gücündə olan bu qaz kəməri Türkmənistanda hasil edilən qazı “Cənub Qaz Daz dəhlizi”lə birləşdirəcək”. Öz növbəsində, “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov bəyan edib ki, Türkmənistan Avropaya qaz nəql etmək istəyir. Qeyd edək ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir. Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Bu potensialın Türkiyə üzərindən Avropaya çatdırılmasında Azərbaycan əsas rollardan birini oynayacaq. Rusiya Enerji və Maliyyə İnstitutunun İqtisadiyyat şöbəsinin müdir müavini Sergey Kondratyev Türkiyənin yeganə təbii qaz mərkəzi olacağını  bildirib: “Ya Türkiyə Rusiya qazının Avropa sərhədinə qədər tranzit ölkəsi olacaq, ya da Rusiya qazı Türkiyəyə məxsus olacaq və yenidən satılacaq. Birinci imkan reallaşarsa, Ankara tranzit ödənişlərindən ciddi gəlir əldə edə biləcək”. Ucuz qazın Türkiyə iqtisadiyyatına ciddi töhfə verəcəyini deyən Kondratyev Türkiyənin qaz qiymətlərinin müəyyənləşməsində təsirinin ola biləcəyini də vurğulayıb. Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzinin Avropanın qaz xəritəsini də dəyişəcəyini ifadə edən Kondratyev Avropanın iki fərqli bazara bölünəcəyini yazıb. Bir tərəfdən, bahalı Amerika mayeləşdirilmiş təbii qazı və Norveç təbii qazının tədarükünə diqqət yetirən Almaniya, Polşa, Baltikyanı və Skandinaviya ölkələri, digər tərəfdən isə Türkiyə vasitəsilə daha ucuz qaz almaq imkanına malik Balkanlar, Cənubi və Mərkəzi Avropa ölkələri olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ