şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan Rusiyanın nəhəng enerji yatağında söz sahibinə çevrilir...

Image


Ukrayna müharibəsi səbəbindən Qərbin enerji şirkətləri ilə də Rusiyanın münasibətlərində ciddi gərginlik müşahidə edilir. Bu vəziyyətdə artıq bir çox Qərb şirkətləri Rusiya ilə işbirliyindən imtina edir. Belə situasiyada şimal qonşumuz digər ölkələr, o cümlədən Azərbaycanla enerji sektorunda işbirliyini dərinləşdirməkdə maraqlı tərəf kimi çıxış edir.

Proseslərin gedişi göstərir ki, Azərbaycan Rusiyanın enerji sektorunda həlledici mövqe sahiblərindən birinə çevrilə bilər. Bu haqda danışamazdan öncə xatırladaq ki, iki həftə əvvəl  Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Rosneft”in həyata keçirdiyi “Vostok Oil” layihəsinə dəvət alıb. “Rosneft”in baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinin sözlərinə görə, layihənin icrası (geosiyasi vəziyyətə və sanksiyaların təzyiqinə baxmayaraq) əvvəlcədən elan olunmuş qrafik çərçivəsində davam edir: “Biz dostlarımızı, o cümlədən SOCAR-ı bu layihənin iştirakçıları kimi görməkdən şad olarıq”. Tədbirdə iştirak edən SOCAR rəhbəri Rövşən Nəcəf jurnalistlərə bildirib ki, “Rosneft”in “Vostok Oil” layihəsində iştirak təklifinə baxılacaq. Rusiyanın rəsmi qurumlarının məlumatına görə, “Vostok Oil” layihəsi Krasnoyarsk diyarının şimalında 13 neft və qaz yatağının tərkibinə daxil olan 52 lisenziyalı bloku əhatə edir. Hesablamalara görə, onların ehtiyat həcmi 6 milyard tondan çox “Premium” nefti və 2 trilyon kubmetr qazdır. 2030-cu ilədək planlaşdırılan hasilatın təxminən 100 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. “Vostok Oil” layihəsinə cəlb olunacaq ümumi investisiyanın 16 milyard dollardan çox olacağı gözlənilir. Burada qeyd edək ki, SOCAR-a gəlir gətirən istənilən layihələr maraqlıdır. Bu, milli maraqlara cavab verir. Hesab edilir ki, profili neft hasilatı və yaxud da emalı olan istənilən şirkət üçün hər hansı bir layihədə iştirak etmək hədəflərdən biri olmalıdır. Bu mənada “Vostok Oil” layihəsində iştirak Azərbaycana böyük miqdarda gəlir gətirə bilər. “Vostok Oil” bu gün Rusiyanın enerji nəhəngi olan “Rosneft”in əsas və eyni zamanda dünyanın ən böyük neft və qaz layihəsidir. “Vostok Oil” layihəsi çərçivəsində “Payaxskoye” və “İççeminskoye” yataqlarından ilk neftin 2024-cü ildə bazarlara çıxacağı gözlənilir. Bu layihə Asiya-Sakit Okean bazarına tədarükün əsas mənbəyi hesab olunur. Bundan əlavə, 2019-cu ildən “Vostok Oil”a 2025-ci ilədək ümumi hasilat gücü ildə 55 milyon tona çata biləcək, dörd yatağı özündə birləşdirən və artıq fəaliyyət göstərən “Vankor” klasteri də daxil edilib. “Vostok Oil”  əvvəlcə xarici investorlar üçün cəlbedici idi, ilk təqdimatdan sonra “Rosneft” xarici şirkətlərdən orada iştirak etmək üçün 60-a yaxın təklif alıb. Lakin Qərbin sanksiyalarından sonra onun iştirakçıları tədricən öz paylarını satdılar. Belə ki, “Trafigura” beynəlxalq treyderi özünün 10%-lik payını Honq-Konqda qeydiyyatdan keçmiş “Nord Axis Limited”ə sataraq layihədən çıxıb. Bundan əlavə, neft treyderi “Vitol S.A.” da “Vostok Oil”  layihəsindəki 5%-lik payını satmaq niyyətində olduğunu açıqlayıb.  “Trafigura” öz payını neçəyə satdığını açıqlamasa da, enerji bazarı ekspertləri bunun kifayət qədər ucuz qiymət olduğunu qeyd edirlər. Xatırladaq ki, “Trafigura” təqribən 7 milyard avro, “Vitol" 3,5 milyard avro payla layihənin bir hissəsinə sahib idi. Mütəxəssislər hesab edirlər ki, mövcud layihələrdən çıxmaq şirkətlərə milyardlarla ziyan vurub. Eyni zamanda, xarici iştirakçıların ölkəni tərk etməsi “Vostok Oil” layihəsinin həyata keçirilməsi prosesinə heç bir təsir göstərməyib. Belə ki, onun baş direktoru Vladimir Çernovun bəyanatına  görə, Qərbin sanksiyaları və iştirakçıların dəyişdirilməsi layihənin reallaşması vaxtına heç bir şəkildə təsir etmir. Onun sözlərinə görə, “Rosneft” ilkin olaraq yerli avadanlıq və materiallara diqqət ayırıb, ona görə də onun həyata keçirilməsində heç bir çətinlik və ya gecikmə olmayacaq. Rusiya Federasiyasının Milli Enerji İnstitutunun baş direktor müavini Aleksandr Frolov hesab edir ki, Azərbaycan Dövlət Neft Şirkətindən ilk növbədə layihənin maliyyələşdirilməsi tələb olunur. Eyni zamanda, SOCAR burada iştirak etməklə öz resurs bazasını genişləndirəcək ki, bu da Azərbaycanın xarici bazarlarda iştirakını artırmağa imkan verəcək: “Vostok Oil” bu gün dünyanın ən böyük neft layihəsidir. Onun həyata keçirilməsi 2030-cu ilə qədər “qara qızıl” hasilatını 100 milyon tondan çox artıracaq. Belə layihədə iştirak SOCAR-dan maliyyə investisiyaları tələb edəcək, nəticədə şirkət öz resurs bazasını xeyli genişləndirəcək və bu da onun xarici bazarlarda iştirakını artıracaq”.

Milli enerji təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi Stanislav Mitraxoviç hesab edir ki, SOCAR ilk növbədə “Vostok Oil”ə texnologiya deyil, pul gətirə bilər: “SOCAR Azərbaycanın milli resurslarının operatorudur. Yəni şirkət, məsələn, “Shell” və ya “Exxon”dan fərqli olaraq, texnoloji yeniliklər sahəsində o qədər də genişmiqyaslı lider deyil, sadəcə milli resursların operatorudur. Məsələ SOCAR-ın layihədə iştirak etmək istəyib-istəməməsindədir. Seçinin “Rosneft”in SOCAR-ı layihəyə dəvət etməsi barədə sözlərindən sonra Azərbaycan tərəfi bu məsələni araşdıracağını bildirib ki, bu isə məcburi razılıq demək deyil”. Bununla yanaşı, Mitraxoviç dünyanın siyasi və iqtisadi uyğunlaşmalarının dəyişə biləcəyini istisna etmir, ola bilsin ki, o zaman SOCAR layihənin səhmdarı olacaq. Yuxarıda qeyd edildiyi kimi, SOCAR-ın “Vostok Oil”də iştirak edib-etməyəcəyi və hansı payla ona daxil olacağı hələ məlum deyil. Amma layihədə iştirak əlavə dividendlər gətirə və şirkətin qlobal enerji bazarında rolunu gücləndirə bilər. Bundan əlavə, sanksiyalara və xarici investorların ölkəni tərk etməsinə baxmayaraq, bu ilin fevral ayından etibarən “Rosneft”in mənfəəti yalnız artıb. Belə ki, 2022 – ci ilin birinci yarısının nəticələrinə görə, şirkətin gəlirləri 32% - dən çox, xalis mənfəəti 13,1% artıb, borc öhdəlikləri isə 12% azalıb. Eyni zamanda, şirkət karbohidrogen hasilatını 1,5%, maye karbohidrogenləri 7,6%, qaz hasilatını 9,2% artırıb. “Rosneft” “Vostok Oil” layihəsində aparılan kəşfiyyat işləri sayəsində neft ehtiyatlarını da genişləndirə bilib. “Vostok Oil”in cəlbediciliyinə nisbi aşağı karbon izi göstəricisi də əlavə olunur - yataqların işlənməsi zamanı istixana qazı tullantıları oxşar dünya layihələrindən orta hesabla 75% aşağı olacaq ki, bu isə onun karbon izi kompensasiya xərclərini azaldacaq. Bu da layihədə iştirakı Azərbaycan üçün daha cəlbedici edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ