Azərbaycanda milli valyutanın məzənnəsi sabitdir.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.
Nazir qeyd edib ki, bir çox qonşu ölkələrin valyuta məzənnələri mövcud vəziyyətlə bağlı xeyli dəyər itirib. “Dövlət tərəfindən, Mərkəzi Bank tərəfindən bu sahədə koordinasiya tədbirləri görülməklə sabit məzənnənin saxlanılması üzrə bizdə tam konsensus var. Lakin məzənnə şübhəsiz inflyasiyaya mənfi təsir göstərir”, - deyə nazir əlavə edib.