şənbə günü, 10 oktyabr 2026
     

Əcnəbilərin mənzil bazarına axını Bakıda qiymətləri sürətlə şişirdir

Image


Azərbaycanın daşınmaz əmlak bazarına əcnəbilərin marağının getdikcə artması müşahidə edilir.  Ötən il və bu ilin ilk altı ayında Azərbaycanda daşınmaz əmlak əldə etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının çoxalması da bunu təsdiq edir.

Göstərilən müddət ərzində ümumilikdə 40 fərqli ölkədən olan xarici vətəndaşlar Azərbaycandan daşınmaz əmlak alıblar. Azərbaycandan ən çox mənzil alan ilk üçlükdə isə Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır. Bu məsələdə əsas üstünlük Rusiya vətəndaşlarına məxsusdur. Ötən il Rusiya vətəndaşları Azərbaycanda 1002 mənzil alıblar. Bu ilin ilk yarısında isə onların aldığ mənzilin sayı 500-ü keçib.

Bu arada o da bəlli olub ki, Azərbaycana pul köçürmələrində artım müşahidə edilir. Banklarla kommunikasiya və müşahidələr onu göstərir ki, artım Rusiyada yaşayan azərbaycanlıların köçürmələri ilə əlaqədardır. Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev bildirir ki, Rusiyada mənzil və digər əmlaklarını satan vətəndaşlar vəsaitlərini Azərbaycana köçürürlər. Rusiya və digər ölkə vətəndaşlarına Azərbaycanda bank hesabları açılması məsələsinə gəlincə, T. Əliyev deyib ki, Mərkəzi Bankın banklarda hesabların açılması ilə bağlı qaydalarına əsasən rezidentlərin qeyri-rezidentlərə hesabların açılması müddəaları müəyyən edilib. Banklar xarici vətəndaşlara hesab açarkən bu qaydaları nəzərə almalıdır: “Mərkəzi Bank tərəfindən Rusiya vətəndaşlarına kart açılması ilə bağlı banklara hər hansı bir təlimat verilməyib”. Rusiyadan Azərbaycana köçürülən pulların bir hissəsi məhz mənzil bazarına yatrılır. Bu da qiymətlərə öz təsirini göstərir. Beləliklə, mənzil bazarına qiymət artımına xarici faktorlar da təsir edir. Bu fonda Əmlak Məsələləri üzrə Dövlət Xidməti Azərbaycanda mənzil alan xaricilərlə bağlı göstəriciləri açıqlayıb. Həmin göstəricilərdən aydın olur ki, ilk yarımildə 40 fərqli ölkənin 773 vətəndaşı Azərbaycanda mənzil alıb. Deməli, ilin ilk yarısında əcnəbilər hər ay Azərbaycanda 129 mənzil satın alıblar. Yuxarıda qeyd olunduğu kimi, həmin 773 mənzildən 500-ünü, yəni, 65 faizini Rusiya vətəndaşları alıb. Azərbaycanda ən çox mənzil alan xarici ölkə vətəndaşları arasında Gürcüstan ikinci (71 nəfər), İran (37 nəfər) üçüncü yerdədir. Bu il 30 Qazaxıstan, 24 Türkiyə və 21 Ukrayna vətəndaşı da Azərbaycanda mənzil əldə edib. Ötən il 1 min 339 xarici ölkə vətəndaşı Azərbaycanda ev almışdı. Həmin mənzillərin minini - 75 faizini Rusiya vətəndaşlığı olan şəxslər əldə etmişdi. İndiki vəziyyət xarici faktorlar üzündən mənzil qiymətlərinin bahalığını şərtləndirir.  O da faktdır ki, daşınmaz əmlak bazarındakı qiymətlər ölkə əhalisinin mütləq çoxluğunun gəlir səviyyəsinə uyğun gəlmir. Kirayə haqlarına ödənən vəsait insanların onsuz da az olan gəlirlərini bir az da azaldır. Hökumət də bu problemdən xəbərsiz deyil, insanların mənzil ehtiyacını ödəməklə bağlı addımlar atır. Lakin  atılan addımlar bu problemi hələ tam çözmür. Bir çox ölkədə mənzil problemi, əsasən, ipoteka kreditləriylə çözülür, ancaq Azərbaycanda heç də hər kəs bu kreditlərdən yararlana bilmir. İpoteka Fondu rəhbərliyinin bir müddət öncə mediaya açıqlamasında qeyd edilirdi ki, 2021-ci ildə ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələbin məbləği 1 milyard 200 milyon manat olub. Buna qarşılıq ötən il 356 milyon manat məbləğində ipoteka krediti verilib. Deməli, ipoteka fondu ödəniş qabiliyyətli vətəndaşların tələbinin cəmi 30 faizini qarşılaya bilib. Fondun tələbi tam qarşılaya bilməməsinin səbəbi əlindəki vəsaitin limitli olmasıdır. Bildirilib ki, kreditlərin manatla verilməsi, vəsaitlərinsə xarici valyutada cəlb edilməsi halında Fond gələcəkdə açıq valyuta mövqeyi riski ilə üzləşə bilər. Belə ki, ipoteka kreditləşməsinin uzunmüddətli olmasını nəzərə alsaq, xarici valyutada vəsaitlərin cəlb edilməsi ilə bağlı valyuta risklərinin başvermə ehtimalı daha da yüksəkdir. Bu baxımdan, aydın olur ki, hökumətin ipoteka kreditləşməsinə ayırdığı vəsait azdır.

Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda heç də hər kəs ipoteka kreditlərinə üz tuta bilmir. Qeyri-rəsmi məşğulluğun çox olması, bəzi hallarda insanların rəsmi və gerçək gəlirlərinin haçalanması bir çox insanı belə kreditlərdən yararlanmasını mümkünsüz edir. Axı kredit ayrılarkən ödəniş qabiliyyəti məhz real gəlirlər əsasında müəyyənləşdirilir. Adi ipoteka kreditləri ilə yanaşı, hökumətin sosial evlərlə bağlı layihəsinə də münasibət birmənalı deyil. Mənzilləri seçərkən qurumun sisteminin çökməsi və xarici müdaxilə halları indiyədək dəfələrlə gündəmə gəlib. Üstəgəl, bu tip mənzillərin say azlığı çox məhdud sayda şəxsin mənzil problemini çözməyə imkan verir. Bugünlərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də daşınmaz əmlak bazarı ilə bağlı açıqlamalar verib. Cəmiyyətin sədri Vüqar Oruc bildirib ki, bu il geopolitik sferada baş verən proseslər Bakının daşınmaz əmlak bazarında qeyri-ənənəvi mənzərələr doğurub. Qiymətləndiricilər Cəmiyyətinin müşahidələrinə görə, Rusiya-Ukrayna müharibəsi və bu müharibə nəticəsində insanların istər Rusiya, istərsə Ukraynada öz yaşadıqları yeri tərk etmək məcburiyyətində qalması Azərbaycanın da mənzil bazarına təsir göstərib. Özəlliklə kirayə seqmentində çox ciddi fəallıq yaranıb və Bakıda kirayə qiymətləri indiyədək görünməyən həddə artıb. Sentyabrda tədris ilinin başlanması da daşınmaz əmlak bazarına təsir edib. Qiymətləndiricilər Cəmiyyətinin hesablamasına görə, bu ilin sentyabrında qiymətlər öncəki ilin eyni dövrü ilə müqayisədə 13-14 faiz yüksəlib. Qiymətləndiricilər Cəmiyyətinin diqqət çəkdiyi digər bir məsələ də mənzil bazarında ekspozisiya dövrünün azalmasıdır. Əvvəlki dövrdə mənzillərlə bağlı elan veriləndən ortalama 7-8 gün sonra müştəri tapılırdısa, indi bu günlərin sayı 2-3 günə enib. Paytaxtda yalnız yaşayış sahələri deyil, qeyri-yaşayış sahələri də bahalaşıb. Bakı Şəhərsalma İdarəsi binaların birinci mərtəbəsində bəlli iaşə sektoruna aid obyektlərin yerləşməsini qanunsuz elan edib. Bu baxımdan, sahibkarlar əhalinin yaşayış şərtlərini əngəlləməyəm obyektlərin axtarışına başlayıb. Bu da qiymətləri yüksəldib. Daşınmaz əmlak qiymətləri ilə bağlı diqqətçəkən daha bir məqam bahalaşmanın mərkəzi ərazilərdən kənarlara sıçramasıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, əsasən, mərkəzə yaxın və mərkəzdən kənar yerlərdə qiymət artımı var. Xətai rayonunda, özəlliklə “Əhmədli” və “Həzi Aslanov2 metrostansiyaları istiqamətində mənzillər ötən illə müqayisədə təxminən 20 faiz bahalaşıb. Bu qiymətlər əhalini ciddi təşvişə salıb və nəticədə alqı-satqı da çoxalıb. Çünki insanlar bahalaşmanın davam edəcəyini düşünürlər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ