Bazar ertəsi günü, 22 iyun 2026
     

Rusiyadan Azərbaycana böyük maliyyə axını başladı

Image


Bu günlərdə Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilib. Artıq  bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu il martın əvvəlində Rusiyadan dəyəri 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Vladimir Putinin imzaladığı yeni fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib. Ekspertlər hesab edir ki, bunun ən çox təsiri olacaq ölkələrdən biri Azərbaycandır. Əmək miqrantları tərəfindən Rusiyadan Azərbaycana bundan sonra daha çox həcmdə pul köçrülməsi gözlənilir. Yeri gəlmişkən qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda da şimal qonşumuzdan ölkəmizə pul köçürmələri artıb. Ümumiyyətlə, Azərbaycanda ənənəvi olaraq əmək miqrasiyasının ən yayılmış istiqamətlərindən biri Rusiyadır. Ölkədə müəyyən sayda ailənin əsas gəlir mənbəyi məhz Rusiyadan göndərilən pullardır. Ukraynaya hücumundan sonra məruz qaldığı sanksiyalar Rusiya iqtisadiyyatını ciddi zərərlərə uğratdı. Bu durum, təbii ki, orada çalışan Azərbaycan vətəndaşlarına da təsir göstərir. Bu fonda daim ən diqqətçəkən məqamlardan biri müharibə başladıqdan sonra Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmcə dəyişib-dəyişməməsi olub.  Nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı, sanksiyalar və rus rublunun dəyərsizləşməsi də Rusiya vətəndaşlarını öz sərvətlərini ölkədən çıxarmağa təşviq edir. Azərbaycan Mərkəzi Bankının ölkəyə göndərilən pul köçürmələri ilə bağlı hesabatından aydın olur ki, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən belə köçürmələrin həcmində rekord artım qeydə alınıb. Ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 261 milyon dollar vəsait köçürülmüşdü. Bu ilin ilk altı ayında isə həmin göstərici düz 1 milyard 283 milyon dollara yüksəlib. Deməli, Rusiyadan Azərbaycana göndərilən pulun həcmi ötən illə müqayisədə beş dəfə artıb. Bu baxımdan aydın olur ki, Rusiyada yaşayan azərbaycanlılar müharibə başladıqdan sonra sanksiyalar və rublun dəyərsizləşməsi ucbatından sahib olduqları vəsaiti kütləvi şəkildə Azərbaycana göndərməyə başlayıblar. 2020-ci ilin ilk altı ayında Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 197 milyon dollar olub. Pandemiyadan öncə, yəni  2019-cu ildə bu rəqəm 276 milyon dollar idi. Başqa deyimlə, 2022-ci ildə qeydə alınan göstəricilər pandemiyaöncəsi dövrdə qeydə alınan nəticələrlə də müqayisədə çox yüksəkdir.

Mərkəzi Bankın göstəricilərindən aydın olur ki, Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi ikinci rübdə (aprel-iyun ayları) daha çox olub. 2022-ci ilin ilk üç ayında Rusiyadan Azərbaycana 99 milyon dollar həcmində pul göndərilmişdi. Bu, hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 milyon dollar az vəsait demək idi. Növbəti üç ay ərzində göndərilən vəsaitin həcmi isə 1 milyard 185 milyon dollar olub. Ötən il boyunca bütün ölkələrdən Azərbaycana 1 milyard 133 milyon dollar göndərilib. Deməli, təkcə 2022-ci ilin aprel-iyun aylarında Rusiyadan Azərbaycana köçürülən pulun həcmi 2021-ci ildə ilboyu bütün ölkələrdən göndərilən pul köçürmələrinin həcmindən çox olub. İlk yarım ildə Azərbaycana bütün pul köçürmələrinin 80 faizi Rusiyadan gəlib. Əvvəlki illərdə də Rusiya Azərbaycana ən çox pul köçürülən istiqamət idi. Ancaq həmin vaxt Rusiyanın toplam pul köçürmələrində payı 50 faizi ötməmişdi. Mərkəzi Bankın hesabatlarından üzə çıxır ki, müharibədən sonra Azərbaycana göndərilən pullarla yanaşı, Azərbaycan banklarında qeyri-rezidentlərin sahib olduğu depozitlərin də həcmi artıb. Belə ki, Rusiyanın Ukraynaya hücumundan öncəki ayın – yanvarın sonunda Azərbaycan banklarında xarici ölkə vətəndaşlarının 294 milyon manat ekvivalentində depozitləri mövcud idi. Artıq fevralın sonunda (müharibə 24 fevralda başlamışdı) bu göstərici 552 milyon dollara yüksəlmişdi. Sonrakı aylarda da qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi artmağa davam edib. Sonuncu göstəriciyə görə, bu ilin avqust ayının sonunda Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus 876 milyon manat ekvivalentində vəsait saxlanılır. Bu o deməkdir ki, müharibədən sonrakı altı ay ərzində xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitin həcmi 600 milyon manata yaxın artıb. Rusiyadan Azərbaycana göndərilən pulun həcmi qədər olmasa da, hər il Azərbaycandan da Rusiyaya yetərincə çox pul köçürülür. Rusiya Azərbaycandan pulköçürmələrin həcminə görə, adətən, ilk üçlükdə qərarlaşır. Mərkəzi Bankın açıqladığı göstəricilərdən aydın olur ki, müharibə Azərbaycandan Rusiyaya köçürülən vəsaitin həcmini nisbətən azaldıb. Ötən ilin ilk altı ayında Azərbaycandan Rusiyaya 55 milyon dollar göndərilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 45 milyon dollara enib, yəni 10 milyon dollar azalıb. 2020-ci ilin eyni dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 51 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 52 milyon dollar olmuşdu. Onu da xatırladaq ki, bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib. Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala bilərlər.  “Granat” pulköçürmə sistemi Rusiyada hər kəs üçün əlçatandır, belə ki, Rusiya ərazisində yerləşən “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür. Ekspertlərin fikrincə, hər il Rusiyadan Azərbaycana pul köçürmələri və qeyri rəsmi yollarla yüz milyonlarla dollar vəsait köçürülür. Rusiya rəsmilərinin dediyinə görə, hazırda Rusiyada 2 milyonadək azərbaycanlı yaşayır. Bu fonda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsindən başqa vətəndaşlar arasında da maliyyə mübadiləsi var. Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinin pik səviyyəsi 2012-2013-cü illərdə olub. Bu illərdə Rusiyada yaşayan azərbaycanlılar Azərbaycandakı ailələrinə 4 milyard dollar pul köçürüb. Pandemiya dövründə bu məbləğ azalmağa başlasa da, indi yenidən artır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

22.06.2026 / 09:11
Qadınların pensiya yaşı artırılır...

22.06.2026 / 08:16
Qarabağın dağıdılmış məzarlıqlarının bərpasına yeni konseptual yanaşma: Anıt-türbə modeli

22.06.2026 / 08:03
İran İsveçrə razılaşmasının təfərrüatlarını açdı

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

21.06.2026 / 21:25
Ünlü rəssam CHP qərargahına bağışladığı Atatürk rəsmlərini geri aldı -Klıcdaroğlunun yanında dura bilmərəm...

21.06.2026 / 20:38
Starmer istefa verir? – Trampdan ŞOK İDDİA…

21.06.2026 / 20:10
ABŞ-İran danışıqlarının 80 dəqiqəlik ilk mərhələsi başa çatdı – DETALLR ORTAYA ÇIXDI…

21.06.2026 / 19:25
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər saxlandı....

21.06.2026 / 18:59
Tramp Pezeşkianı təhdid etdi - danışığına fikir versə yaxşı olar, yoxsa…

21.06.2026 / 18:30
İran heyəti İsveçrədə ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi…

21.06.2026 / 18:09
Milli dəyərləri rəmzləşdirən orden-medalları əcnəbi dövlət xadimlərinə verəndə, axırı elə bu cür urvatsız olur...

21.06.2026 / 17:46
Dübəndi sahilində neft sızması aşkarlandı - sualtı kəmərlə neft nəqli dayandırıldı...

21.06.2026 / 17:13
Məşhur yazar Səbahəddin Onkibar Kılıçdaroğlunun 2,5 saatlıq çıxışını yerlə bir etdi

21.06.2026 / 16:26
İsveçrədə ABŞ-İran anışıqları başladı – Tehrandan Vaşinqtona Hörmüz şərti...

21.06.2026 / 16:06
İranın Qətərdə saxlanılan 6 milyardı geri qaytarılır...

21.06.2026 / 16:05
Yaponyada “Azərbaycan adlı strategiya” kitabının təqdimatı keçirilib

21.06.2026 / 15:45
"Məbədlərin divarlarındakı qədim alban dilində olan kitabələr və relyeflər qaşınaraq məhv edilib" -Rizvan Qarabağlı

21.06.2026 / 15:31
"Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram..." -Ramin Əlizadə

21.06.2026 / 15:17
Birbank ödəniş sistemi bu gün sübh tezdən çöküb...

21.06.2026 / 14:27
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib

21.06.2026 / 13:33
İran və İsveçrə XİN rəhbərləri görüşüblər

21.06.2026 / 13:22
Azərbaycan Ermənistana 1000 tona yaxın dizel göndərdi...

21.06.2026 / 13:08
200 mindən çox suriyalı qaçqın könüllü olaraq geri qayıdıb

21.06.2026 / 13:04
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb

21.06.2026 / 12:45
Kılıçdaroğlu qurultaya getsə, SARAY ona qarşı bir sıra komple-dosyeləri açacaq – Fatih Altaylıdan şok iddialar

21.06.2026 / 12:32
Azərbaycana yay fəsli daxil oldu

21.06.2026 / 11:55
Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO

21.06.2026 / 10:40
Tramp: "Hörmüz boğazından keçid 60 günlük danışıqlar müddətində pulsuz olaraq qalacaq"

21.06.2026 / 10:38
Canlı yayımda Kılıçdaroğlunun boğazını qurutdular...

21.06.2026 / 10:38
Şəriətmədari: “İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”

21.06.2026 / 10:37
ABŞ və İran nümayəndələri İsveçrədə bir araya gələcək

21.06.2026 / 10:29
"...Sona qədər gedəcəm"-Gülnarə Dadaşova

21.06.2026 / 07:42
İrandan Vaşinqtona yeni təhdid - “Yaxın Şərqdə enerji axını dayandırılacaq”

21.06.2026 / 07:20
AB Türkiyədən Rusiya qazından imtina tələb etdi

21.06.2026 / 06:12
Britaniya baş nazirinin istefa verəcəyi xəbəri yayıldı

21.06.2026 / 05:56
Meloninin Trampa cavabı sərt oldu - “Sizin işiniz deyil…”

21.06.2026 / 05:40
Tramp Ukraynanı bu dəfə qadınlar prizmasından dəyərləndirdi - “…onlar istisnadır”…

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ