Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderlik edir.
“Trend”-in məlumatına görə, bu günədək Azərbaycan idmançıları 75 qızıl, 46 gümüş və 33 bürünc medal qazanıb.
Azərbaycandan sonra növbəti pillədə 68 qızıl, 63 gümüş və 54 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yerdə isə 31 qızıl, 26 gümüş və 33 bürünc medalla İran qərarlaşıb.
Qeyd edək ki, bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının sonuncu günüdür və axşam saatlarında Bakının ən iri İdman Olimpiya Kompleksində İslamiadanın təntənəli bağlanış mərasimi keçiriləcək.