çərşənbə axşamı günü, 25 avqust 2026
     

Azərbaycan idmançıları İslamiadada uğurlarını inamla böyüdürlər - YENİLƏNDİ / FOTO

Image


Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib. Final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan güləşçisi Azat Beishbekov olub.

Güləşçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

 

Taekvandoçumuz Məhəmməd Məmmədov medala doğru

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında təmsilçimiz Məhəmməd Məmmədov növbəti qələbəsini qazanıb. 1/4 finalda Mərakeş idmançısı Ömər Haccami ilə qarşılaşan M.Məmmədov rəqibindən üstün olub - 26:10.

 

Taekvandoçumuz Ramin Əzizov da yarımfinala çıxdı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışının sonuncu günündə daha bir təmsilçimiz yarımfinala vəsiqə qazanıb. 87 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov 1/4 finalda iordaniyalı Anas Sadek ilə görüşüb.

Döyüş idmançımızın tam üstünlüyü ilə keçib - 27:8.

 

Güləşçimiz Sabah Şəriəti final şansını itirdi

Azərbaycanın ağır çəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib. Final uğrunda mübarizədə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Abdullayev Mumincon olub. Güləşçimiz rəqibinə 8:0 hesabı ilə məğlub olaraq final şansını itirib. Növbəti görüşdə güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

 

Kamran Məmmədov finalda…

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında final uğrunda mübarizəsini davam etdirib. Bu dəfə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Mirzobek Raxmatov olub. Güləşçimiz rəqibinə 6:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

 

3 güləşçimiz qızıl medalın bir addımlığında

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Final uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Kairatbek Tuqolbaev olub.

Güləşçimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

E.Mürsəliyevə qədər iki güləşçimiz - İslam Abbasov (85 kq) və Kamran Məmmədov (66 kq) da finala yüksəlib.

 

Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol yarışına start verilib. İlk oyun günündə qadın basketbolçulardan ibarət millimiz Türkmənistanla qarşılaşıb. İdmançılarımız daha üstün oyun nümayiş etdiriblər - 16:7.

Yığmamız ikinci oyunda isə Əlcəzair komandasına qalib gəlib - 20:14.

 

Suya tullanma yarışında 2 idmançımız finala yüksəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib. Kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi - Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib.

Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar.

 

Tennisçilərimiz yarımfinala çıxdı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışı davam edir. Qadınların fərdi mübarizəsində təmsilçimiz Miao Vanq 1/4 finalda İran idmançısı Məriəm Səmetlə qarşılaşıb.

M.Vanq rəqibindən daha dəqiq oyun nümayiş etdirib - 4:0 (11:9, 11:9, 11:8, 11:5).

Digər təmsilçimiz Jinq Ninq isə fələstinli idmançı Diana Əssini məğlub edərək yarımfinala yüksəlib - 4:0 (11:3, 11:1, 11:1, 11:1).

 

Taekvandoçumuz Darya Şkurko büdrədi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz yarımfinala yüksəlib. Dayanq üzərinə çıxan təmsilçimiz Darya Şkurko (62 kq) 1/4 finalda Mərakeş taekvandoçusu Sukayna Əl Auni ilə görüşüb.

Qarşılaşma rəqibin xeyrinə başa çatıb - 8:10.

 

Azərbaycanın İslamiadada 51-ci qızıl medalı boksdan gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib.

 

Fatimə Əlkərəmova: “Sevinirəm ki, oyunların ən azyaşlı medalçısıyam”

Bu yarışlarda qızıl medal qazana bilməsəm də, medalsız qalmadığıma sevinirəm. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Zəfər günləri" çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanan üzgüçü Fatimə Əlkərəmova deyib.

O, bildirib ki, hədəfi qızıl medal qazanmaq olub: "Çox istəyərdim ki, qızıl medal qazanım. Buna şansım da var idi. Heyif ki, gücüm axıra qədər çatmadı. Amma, hələ gəncəm. 14 yaşımda bürünc medal qazandımsa, gələcəkdə məqsədim qızıl medallar qazanmaq olacaq. Sevinirəm ki, oyunların ən azyaşlı medalçısıyam".

 

Paralimpiyaçılarımız Nurlan İbrahimovElçin Muradovdan qızıl və gümüş medallar

Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər. Paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub.

İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.

 

Suya tullanma yarışında ilk medalımız Dmitri Sorokindən gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir. Kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.

İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.

 

Qızıl medalçımız Uluxan Musayev hər kəsə minnətdarlıq etdi

Avropa Oyunlarında paracüdo idman növü olsa da, paraatletika yox idi. Amma bu dəfə bizə bu fürsət verildi.

Bunu Bakıda keçirilən Zəfər günləri çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının paraatletika üzrə bir qızıl və bir bürünc medal qazanmış Uluxan Musayev deyib: "Əslində mən iki qızıl qazanmaq istəyirdim. Amma qismət bu oldu. Məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili və bu oyunlarda paraatletikanın iştirakına şərait yaratdığına görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram".

 

Boksçumuz Tamerlan Abdullayev gümüş medal qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz gümüş medal qazanıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev finalda özbəkistanlı Bobo-Usman Baturovla qarşılaşıb.

Təəssüf ki, rəqib idmançı boksçumuzdan üstün olub.

 

 

Daha bir qızıl MEDAL Kamran Məmmədovdan...

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub.

Güləşçimiz rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşində ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

 

Ayxan Tağızadə əsas hədəfini açıqladı

Rəqiblərim çox güclü olsa da, döyüşə ciddi hazırlaşdığımdan qızıl medal qazandım. Bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə deyib.

Onun sözlərinə görə, döyüşləri gərgin keçib: "Rəqiblərim arasında Olimpiya 3-cüsü var idi. Amma buna baxmayaraq, hər 3 rəqibimə qalib gəldim. Gələcəkdə məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir. Qələbəmi mənim əbədi fanatım olan anama həsr edirəm".

 

Boksçumuz Kamran Şahsuvarlı İslamiadanı ikinci yerlə başa vurdu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir boksçumuz gümüş medal qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız Kamran Şahsuvarlı finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşüb.

Hakimlər qələbəni rəqib döyüşçüyə veriblər - 5:0.

 

İki qızıl medal sahibi Samir Nəbiyev “Vətəndə qalib olmağın sevinci tam başqadır” dedi

Vətəndə təşkil olunmuş beynəlxalq yarışda iştirak edib qalib olmağın sevinci tam başqadır. Bunu IV İslam Həmrəyliyi Oyunlarında paraatletika üzrə iki qızıl medal qazanmış Samir Nəbiyev Bakıda keçirilən Zəfər günləri çərçivəsində deyib: "Öz ölkəsində qızıl medal qazanmaq böyük qürur və fəxrdir. Bunu ancaq yaşayanlar bilər. Təşəkkür edirəm ki, bizə də bu yarışlara qatılmaq şəraiti yaratdılar. Doğrusu iki yox, bir qızıl medal gözləyirdim. Amma ikisini də qazandım".

 

Güləşçimiz Elvin Mürsəliyevdən növbəti qızıl medal

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb. Birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

 

Rafiq Hüseynov özümü rəqibindən zəif hesab etmir

Vətəndə medal qazanmaq sevindirici haldır. Bunu Bakıda keçirilən "Zəfər günləri" çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanmış Rafiq Hüseynov (80 kq) deyib.

Onun sözlərinə görə, məqsədi medal qazanmaq olub və bu məqsədinə çatıb: "Yunan-Roma güləşi digər idman növlərindən fərqlənir. Burada daha çox zədələr olur. Final görüşüm normal keçdi, lakin hakimlər düzgün qərar qəbul etmədilər, müəmmalı qaldı. Mən özümü rəqibimdən zəif hesab etmirəm və ondan zəif də döyüşmədim. Amma, qazancım qızıl medal olsaydı, daha yaxşı olardı".

 

Boksçumuz Rauf Rəhimov 3-cü gümüş medalla kifayətləndi

Daha bir boksçumuz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub. 81 kq çəki dərəcəsində döyüşən idmançımız Rauf Rəhimov qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gəlib.

Təəssüf ki, R.Rəhimov da final görüşündə büdrəyib - 1:4.

 

Nigar Nəsirova: Azarkeş dəstəyi məni ruhlandırdı

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağımda azarkeşlərin dəstəyi var. Bunu IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq üzrə 1 qızıl və bir bürünc medalçısı Nigar Nəsirova deyib.

O bildirib ki, finalda rəqibləri çox güclü olsa da, qalib gələ bilib: "Əsasən İran, Misir və Oman idmançıları çox güclü idilər. Lakin mənə bəslənən ümidlər, azarkeş dəstəyi məni ruhlandırdı və qızıl medal qazandım. Azərbaycan xalqına minnətdaram ki, məni bu cür dəstəklədi".

 

Azərbaycanın 55-ci qızıl medalını Teymur Məmmədov qazandı

Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb. 91 kq çəki dərəcəsində döyüşən boksçuların finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirib.

Boksçumuz həlledici görüşdə rəqibindən daha üstün döyüş nümayiş etdirərək qalib gəlib - 3:2.

 

Taekvandoçumuz Məhəmməd Məmmədov bürünclə kifayətləndi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu bürünc medalla kifayətlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Məhəmməd Məmmədov yarımfinalda Qazaxıstan təmsilçisi Alimjan Serikbayevlə qarşılaşıb.

Finala gedən yolda büdrəyən M.Məmmədov taekvandoçularımızın aktivinə bürünc medalı yazdırıb - 7:8.

 

Güləşçimiz İslam Abbasov da qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə növbəti qızıl medal qazandırıb. Final mübarizəsində idmançımız Türkiyə təmsilçisi Cengiz Əli ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

 

Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyinin qalibi oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı başa çatıb. Sonuncu final görüşündə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov suriyalı Manaf Asaadla qarşılaşıb.

Həlledici görüşdə təmsilçimiz daha üstün oyun nümayiş etdirərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 57-ci qızıl medaldır.

 

Ağırçəkili güləşçimiz Sabah Şəriəti bürünc medala sahib oldu

Azərbaycanın ağırçəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

İdmançımız Suriya təmsilçisi Alkrad Raja ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı rəqibinə qalib gələrək bürünc medal qazanıb.

 

Azərbaycan yığması İslamiadada boks yarışlarını 7 medalla başa vurdu

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 6 təmsilçisi bu gün final görüşünə çıxıb. Onlardan 3-ü - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov millimizin aktivinə qızıl medal yazdırıblarsa, Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov həlledici döyüşdə məğlub olaraq, “gümüş”lə kifayətləniblər.

Tayfur Əliyevin (56 kq) də 3-cü yeri tutduğunu nəzərə alsaq, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

60 kq

Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Cavid Çələbiyev həlledici görüşə çıxıb. Qazaxıstanlı Sultan Zaurbəyə yerini göstərən dünya çempionumuz İslamiada “qızılı”nı boynundan asmaq üçün iraqlı Ammar Karbalai ilə döyüşüb. Bu rəqibindən də aşkar üstün olan Çələbiyev (5:0) qızıl medal qazanan ilk boksçumuz olub.

69 kq

Tamerlan Abdullayevin 1/8 finaldan başlanan yolu finala qədər davam edib. Ən son qazaxıstanlı İlya Oçkini məğlub edən boksçumuz özbək Bobo-Usman Baturova da eyni aqibəti yaşatmağa çalışıb. Boksçumuz ilk iki raundda üstün nəzərə çarpsa da, son hissədə noqdauna düşməklə yekunda məğlubiyyətə düçar olub (0:5) və "gümüş"lə kifayətlənib.

75 kq

Kamran Şahsuvarlı da 1/8 finaldan start verdiyi yarışda finala qədər irəliləyib. Yarımfinala Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdıran boksçumuz həlledici mərhələdə Tursunbay Kulahmetlə görüşüb. Kamran rəqibi ilə başabaş mübarizə aparmasına baxmayaraq, hakimlər qazaxıstanlı idmançını qalib elan ediblər – 5:0. Beləliklə, Tamerlan Abdullayevdən sonra Kamran Şahsuvarlı da İslamiadanı gümüş medalla tamamlayıb.

81 kq

Mübarizəyə 1/8 finaldan start verən daha bir boksçumuz həlledici mərhələyə qədər irəliləyə bilib. 81 kq-da yarışan Rauf Rəhimov yoldaşlarından fərqli, yarımfinalda rinqə çıxmadan bu hüquqa yiyələnib. Belə ki, misirli Abdelrəhman Abdelqəvvədlə qarşılaşmalı olan 23 yaşlı idmançımız rəqibinin oyuna çıxmaması səbəbindən finala mübarizəsiz adlayıb. Sonuncu rəqib isə türkmənistanlı Arslanbek Açilov olub. Gərgin keçən mübarizənin yekununda türkmənistanlı boksçu 4:1 hesablı qələbə qazanıb. Rəhimov isə “gümüş”ə yiyələnən ardıcıl 3-cü boksçumuz olub.

91 kq

Dəri əlcək ustamız Teymur Məmmədov Eldin Qoussunu (Suriya) yolundan kənarlaşdıraraq yüksəldiyi finalda türkiyəli Burak Akşinlə üz-üzə gəlib. Başabaş mübarizə şəraitində keçən döyüşün yekununda idmançımız qələbəyə (3:2) sevinib. Məmmədov qızıl medal alaraq, ardıcıl 3 uğursuz finaldan sonra tilsimi qırıb.

+91 kq

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov da final həyəcanı yaşayıb. Mübarizəyə komanda yoldaşlarından erkən başlayan və bütün rəqiblərini geridə qoymağı bacaran, son olaraq isə iordaniyalı Hüsseyn İaşaişə gücünü göstərən Məcidov bu gün “qızıl”a gedən yoldakı yeganə maneə Manaf Asaadla (Suriya) münasibətlərinə aydınlıq gətirib. Rəqibindən üstün döyüşən Məhəmmədrəsul (4:1) boks yarışlarının son finalında Azərbaycan yığmasına növbəti qızıl medalı qazandıran idmançı olub.

Növbəti qızıl medal taekvandoçumuz Ramin Əzizovdan gəldi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu Ramin Əzizov (87 kq) iranlı rəqibi Əhməd Məhəmmədini 16:14 hesabı ilə məğlub edib.

Hazırda Azərbaycan idmançılarının hesabında 59-u qızıl olmaqla 116 medal var.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ