Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin. 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin: Talıbov Rza Vasif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Nəbiyev Şahin Hidayət oğlu – Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi. Dövlət başçısı Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Tərəqqi” medalı ilə Səfərov Rövşən Elxan oğlu “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə Abdullayev Ramil İntizam oğlu Əhmədov Tural Rüstəm oğlu Əliyev Pərviz Namiq oğlu Hüseynova Əfsanə Məzahir qızı İsayev Əli Arif oğlu Kazumova Günay Şaiq qızı Kərimova Zülfiyyə Ənvər qızı Məmmədov Kənan Əsvər oğlu Mirzəyev Elvin Əli oğlu Mikayılov Bağır Mikayıl oğlu Şirəliyev Kamil Güləli oğlu.