Azərbaycan və Böyük Britaniya əməkdaşlığı genişləndirəcək. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Meyin bu gün Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına ünvanlanmış məktubunda deyilib.
Baş nazir qeyd edib ki, hər iki ölkə əsasən energetika sahəsində səmərəli əməkdaşlıq qurub: “Böyük Britaniya və Azərbaycan arasında hələ 1992-ci ildə möhkəm və produktiv əlaqərlə yaradılıb. Biz energetika sahəsində daha fəal əməkdaşlıq edirik”.
Britaniyalı baş nazir qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fikir mübadiləsi və dialoqun qurulması üçün yaxşı platformadır və əmin olduğunu bildirib ki, bu forum dünyada inklüziv cəmiyyətin yaradılmasına töhfə verəcək.