Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır. Trend-in məlumatına görə, bu barədə İtaliyanın prezidenti Serco Mattarellanın bu gün Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına ünvanlanmış məktubunda deyilib.
İtaliya prezidenti qeyd edib ki, terror aktları - bütün dünya ölkələri üçün çağırışdır.
Məktubda deyilir:"Biz təhlükəsizliyi təmin etməliyik. Terrorizmlə mübarizə üçün bizə qarşılıqlı dialoq lazımdır. Qlobal Forum bu planda yaxşı nümunədir. Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır".