ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcək. Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
O qeyd edib ki, təşkilat diqqətini ATƏT regionunda həlli uzanmış münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləyib: "Biz münaqişənin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcəyik".