2015-ci ildən qeyri-ieqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkar olunaraq, qarşısı alınıb. APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
Qanunsuz miqrasiyaya qarşı mübarizədən söhbət açan F. Nəbiyev bildirib ki, son dövrlər bununla bağlı daha ciddi işlər aparılır və bu istiqamətdə aidiyyəti hüquq-mühafizə və prokurorluq orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür.