ATƏT DTİHB-nun Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbərinin adı məlum olub.
Qurumdan APA-ya verilən məlumata görə, missiyanın rəhbəri niderlandlı Korien Yonke (Corien Jonker) olacaq.
Qurumun mətbuat xidmətindən məlumat verilib ki, ATƏT DTİHB-nun seçki müşahidə missiyası rəsmi olaraq martın 9-da öz işinə başlayacaq. Məlumata görə, uzunmüddətli müşahidə missiyası Bakıya gələrək bütün seçki prosesini izləyəcək.
Qeyd edək ki, 30 nəfərlik seçki müşahidə missiyasına niderlandlı Koryen Yonker başçılıq edəcək.