ABŞ-dakı erməni lobbisinin təşəbbüsü ilə Kaliforniya Senatında Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib.
Baki-xeber.com-un Anadolu Agentliyindən əldə etdiyi xəbərə görə, 26 erməni və 6 azərbaycanlının həlak olduğu 1988-ci il Sumqayıt hadisələrində azərbaycanlıları suçlayan ermənilər Türkiyəni də unutmayıb və 1915-ci il olaylarını “erməni genosidi” kimi təqdim etməyə çalışıb. Lakin Kaliforniyadakı azərbaycanlı diaspor fəalları onları faktlarla yerində turda bilib. Belə ki, onlar növbə ilə müzakirələrin koordinatoru Entoni Portantinoya Xocalı qətliamı və Ermənistanın dağlıq Qarabağı işğal etməsilə bağlı suallar ünvanlayıb, senatoru məsələyə birtərəfli yanaşmada ittiham edib. Sonra fəallar müzakirə iştirakçılarına Qarabağın işğalı və ermənilərin azərbaycanlılara qarşı soyqırım aktları barədə ətraflı məlumat verib, beləliklə də erməni lobbisini fakt qarşısında qoyub.