Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Bu barədə baki-xeber.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.