Ermənistan prezidenti Serj Sarkisyan “gedər ayaqda” Türkiyə ilə bağladığı normallaşma protokollarını qüvvədən salan sənəd imzalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Milli Təhlükəsizlik Şurasının iclasında bildirib. Şuranın toplantısının ardından açıqlama verən erməni prezidentinin sözçüsü Vladimir Akopyan jurnalistlərə açıqlamasında “Tətbiqi yönündə hər hansı irəliləyiş yaşanmadığı üçün protokollar qüvvədən düşürüldü”- deyə bildirib. Eyni zamanda 2018-in baharına “bu gərəksiz protokollar olmadan” gedəcəklərini qeyd edib.
Xatırladaq ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə 2008-ci ildə başlanmış, sözügedən protokollar 2009-cu il oktyabrın 10-da İsveçrədə imzalanmışdı. Həmin protokollar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını, diplomatik əlaqələrin qurulmasını və ermənilərin qondqrmq “soyqırım” möhürü vurduğu 1915-ci il hadisələrinin araşdırılması üçün müstəqil komissiyanən yaradılmasını nəzərdə tuturdu. Lakin Ermənistan qondarma “soyqırım”da inad etsə də, Türkiyənin təklifi üzrə arxivlərin açılması və 1915-ci il olaylarının araşdırılmasından ötən 10 il müddətində hər vəchlə boyun qaçırdı.
Türkiyə tərəfi isə, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə bu ölkə ilə diplomatik əlaqələrin qurulmayacağını və sərhədlərin açılmayacağını ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib.