Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, İran prezidentinin səfəri martın 28-i baş tutacaq.
Səfər çərçivəsində H.Ruhaninin Naxçıvan Muxtar Respublikasına və Neftçalaya gedəcəyi də gözlənilir. “Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər imzalanacaq”.