SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.
Baki-xeber.com-un xəbərinə görə, “SOCAR Energy Ukraine”dən AZƏRTAC-a bildiriblər ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib. Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.
Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx nümayişi təşkil olunub. Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.