Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Əli Həsənov Avropa azərbaycanlılarına “bir ayın ərzində torpaqlarımızı azad etmək gücündəyik” mesajını verdi

Image


"Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Tədbirin indi keçirilməsi Avropa azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.

APA-nın Amsterdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.

Ə.Həsənov srağagün Amsterdamda keçirilən Xocalı soyqırımı ilə bağlı anım tədbirindən də danışıb: “Xocalı hadisəsi bir günün məsələsi deyil. Xocalıya gələn yol - ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər öz xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar. Azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, qətlə yetirilməsi, soydaşlarımızın yaşadığı yerlərin dağıdılması baş verib. Faktiki olaraq bu millət özünün böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışır. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri vardı.

Xocalıda həlak olanlar dinc insanlar idi. Ermənilər bu soyqırımı azərbaycanlıların gözünü qorxutmaq, kütləvi şəkildə yaşadıqları torpaqlardan qovmaq kimi mənfur məqsədlə ediblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Dünya ictimaiyyətinə bizim qonşuların xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq, həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurublar. Buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Xarici ölkələrin anti-müsəlman, anti-türk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da buna cəlb edirlər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.

Ə.Həsənov deyib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd edirlər: “Böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər, harınlamış ermənilər pul köçürürlər. “Artsaxı tanıdaq” kampaniyasının da məqsəd odur ki, dünyanın müxtəlif ölkələrinin səyyahından, siyasətçisindən, keçmiş və indiki dövlət xadimlərindən tutmuş ən məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb, oradan Dağlıq Qarabağa keçirirlər. Orada yaradılan mövcud rejimi, real həyatı dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərirlər. Guya orda formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümü hər il keçirir, keçirməliyik.

Burada diasporun üzərində mühüm vəzifə durur. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.

Ə.Həsənov qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər: “AXC bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var, amma İrəvan xanlığının ərazisinə iddialıdırlar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimiz daha qədimə gedir. XVI əsrdə artıq tamamlanmış Səfəvilər dövlətinin olması buna sübutdur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışları olur: “Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədi yaşar olması durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial , siyasi maraqlarının təmin olunması məqsədi dayanır”.

Ə.Həsənov bildirib ki, Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını qarşısında məqsəd kimi qoyur və qoymalıdır: “Biz 30 ildir, Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətini çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik. Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycan öz enerji imkanlarından, işğaldan əl çəkəcəyi təqdirdə, Ermənistan üçün də istifadə etmək istəyir. Azərbaycan bölgəyə barış, firavanlıq, Ermənistan isə müharibə, işğal, fəlakət gətirir”.

O vurğulayıb ki, Azərbaycan diasporu həmçinin ölkənin transmilli, geosiyasi maraqlarını təbliğ etməlidir: “Bu gün Azərbaycan Avropa İttifaqının həyata keçirə bilmədiyi "Nabucco" layihəsini Türkiyə ilə birlikdə həyata keçirir. Cənub Qaz Dəhlizi layihəsi faktiki olaraq Avropaya ikinci enerji təhlükəsizliyinə nəfəsi verəcək. Bu istiqamətdə təbliğat aparılmalıdır. Ermənilər bunlara mane olmaq istəyir, onların bu əməllərini yaşadığınız ölkədə təbliğ edin. Ermənilər ayrı - ayrı ölkələrin bəzi media orqanlarında istifadə edib bu layihələrin əleyhinə çıxış edir. Hansı ki, o ölkələrin Azərbaycan qazına həqiqətən böyük ehtiyacı var”.

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas hissəsini təşkil edir: “Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab olunur. Aprel döyüşləri bunu aydın göstərdi. Bu gün bizə mane olmasalar, yaxud bu gün ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddət ərzində, bir ayın ərzində torpaqları azad etmək gücündəyik”.

Prezidentin köməkçisi qeyd edib ki, bunun üçün birinci resurs dövlətdir: “Dövlət prezident İlham Əliyevin dayanmadan ümummilli lider Heydər Əliyevin azərbaycançılıq siyasətinə, dövlət maraqlarına söykənən siyasəti əsasında öz rolunu oynayır. Prezident İlham Əliyev 15 il ərzində Azərbaycanı inkişaf etdirərək dövlətin mövcud imkanlarını azı 3,5 dəfə artırıb. Büdcə, sosial resurslar, hərbi, iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur. Yeganə bizim qarşımızda hələ də həll edilməyən problem Dağlıq Qarabağ məsələsidir ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq aləmin ikili standartlar səbəbindən hələ ki, son qərar verilməyib”.

O, həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi resursları ilə yanaşı, milli elita, media və diaspor da ölkənin xarici siyasətinin, milli maraqlarının təbliğində xüsusi rola və gücə malikdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ