Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Bildirilib ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.
Bütün müraciətlərə müsbət cavab verilib.