Cümə axşamı günü, 07 may 2026
     

Müşahidə Şurası KİVDF-nin 2017-ci ildəki fəaliyyətini də qənaətbəxş qiymətləndirdi...

Image


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2017-ci ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;

2. Fondun 2018-ci il üçün Tədbirlər Planının təsdiqi;

3. Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;

4.  Fondun 2018-ci il üçün ekspertlərinin tərkibinin təsdiqi;

5. Cari məsələlər. 

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2017-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib. V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondun 2017-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6.000 səhifədən çox yazının dərc edildiyini bildirib.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 3 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2017-ci ildə keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunduğunu xatırladan V.Səfərli bununla əlaqədar Fondun dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə aprel ayında Lənkəran, sentyabr ayında Xaçmaz şəhərlərində "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini qeyd edib.

V.Səfərli həmçinin bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirləri çərçivəsində Fond 2017-ci ilin may ayında Naxçıvan MR-in Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirib və 20 nəfər baş redaktordan ibarət nümayəndə heyətinin Muxtar Respublikaya səfərini təşkil edib. Eyni zamanda Fondun təşkilatçılığı ilə dekabr ayında 15 nəfər KİV rəhbərindən ibarət nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdə olub.

Çıxışını davam etdirən V.Səfərli Fondun 2017-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb.

Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev çıxış edərək, Fondun 2017-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi Fondun 2018-ci il üçün Tədbirlər Planı müzakirə olunub. 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan  olunduğunu deyən V.Səfərli hazırlanmış Tədbirlər Planında bunun nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən irəli sürülmüş bir sıra səmərəli təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Gündəliyə müvafiq olaraq iclasda, həmçinin, Fondun Novruz bayramı münasibətilə keçirəcəyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, 2018-ci il yanvarın 22-dən martın 6-dək keçirilməsi qərara alınıb.

İclasda, həmçinin, Fondun 2018-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

XXX

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2018-ci il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:

İstiqamətin adı

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

2.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

3.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

4.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

5.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

6.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

7.

Azərbaycançılıq ideyasının təbliği

8.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

9.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

10.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

11.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

12.

Ekologiya və ətraf mühitin mühafizəsi

13.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

14.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

15.             

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə iştirak

         Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media  resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

QEYD:  İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər yazılarını Fondun müsabiqə ktiteriyalarına cavab verən qəzetlərdə dərc etdirməlidirlər.

5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan; (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə  buraxılmır.

Yazıların qəbul qaydaları

1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə
2.  Yazının elektron variantı (Arial (12)  şriftində -CD diskdə) - 1 nüsxə
3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə).

Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 23 yanvar 2018-ci il tarixdə başlayır, 6 mart 2018-ci il tarixdə başa çatır. 

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.   

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I  yer üçün  bir nəfər (500  AZN)  

II  yer üçün  iki nəfər (400  AZN) 

III yer üçün  üç nəfər (300  AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

Müsabiqə şərtləri ilə daha geniş şəkildə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saytında (www.kivdf.gov.az) tanış olmaq olar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

SON XƏBƏRLƏR

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

07.05.2026 / 13:21
Tramp İrana qarşı əməliyyatın ikisindən də imtina etdi - müharibə bitmiş sayıla bilər...(?)

07.05.2026 / 13:07
Xəzərdə 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

07.05.2026 / 12:52
Trampın növbəti şübhəli əməliyyatı - "Hörmüzsüz blokada" az uğurlu görünür...

07.05.2026 / 12:22
Rubionun “Əzəmətli qəzəb” bitdi” bəyanatı Trampa təzyiq idi?..

07.05.2026 / 12:04
“EFES - 2026” çoxmillətli təlimi davam edir... - FOTO

07.05.2026 / 11:50
Obama İrana qarşı “Netanyahu-Tramp qəsdini” ifşa etdi...

07.05.2026 / 11:10
Müxalifət İlham Əliyevə görə Paşinyanı sərt ittiham edir -“Niyə ona meydan verdin”...

07.05.2026 / 10:45
OPEC-in neft hasilatı son 36 ildə ən aşağı səviyyəyə düşdü – Küveytdən ixrac tam dayandı...

07.05.2026 / 10:31
Rusiya Azərbaycan ərazisi ilə Ermənistana taxıl və alüminium göndərdi...

07.05.2026 / 10:08
Rusiyadan xarici ölkələrə 9 May xəbərdarlığı - diplomatlarınızı dərhal Kiyevdən təxliyə edin..

07.05.2026 / 09:53
FIFA-dan “Neftçi”yə transfer qadağası...

07.05.2026 / 09:40
Sahibə Qafarova Monteneqroya səfər edib

07.05.2026 / 09:01
Zəngəzur dəhlizinin alternativi yaradılır...

07.05.2026 / 08:53
İsrail Beyrutu vurdu – “Hizbullah”ın yüksək rütbəli komandiri öldürüldü...

06.05.2026 / 23:41
Makronun naziri özünü həyasızlığa qoyaraq Azərbaycana böhtan atdı... XİN-dən də tutarlı cavab aldı...

06.05.2026 / 23:28
67 günlük müharibəni bitirmək üçün 14 maddəlik təklif – Tramp İrana bir həftə vaxt verdi, əks halda...

06.05.2026 / 23:23
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı...

06.05.2026 / 22:10
ABŞ Oman körfəzində İrana məxsus neft tankerini vurdu...

06.05.2026 / 21:45
Ağır cinayətdə ittiham edilən şəxsə cəmi 7 il cəza tələbi? – Baş Prokurorluq açıqlama yaydı...

06.05.2026 / 20:53
Paşinyandan Koşta və Leyenə üz-üzə mesaj - “Biz Əliyevlə ikilikdə daha yaxşı çalışırıq”...

06.05.2026 / 20:27
Zelenski Prezident İlham Əliyevə zəng etdi

06.05.2026 / 20:20
Əliyevlə Meloni qaz dəhlizi üzərində Avropanın səhv siyasətini sındıra bilər...

06.05.2026 / 19:51
Almaniya liderləri Aİ-nin İrəvan sammitlərini “boykot” etdilər...

06.05.2026 / 19:33
Əliyevin hərbi-texniki əməkdaşlıq tərəfləri kimi üç maraqlı seçimi...

06.05.2026 / 19:16
ABŞ-İran atəşkəsi qüvvədə - Hörmüz böhranı dərinləşir...

06.05.2026 / 19:05
Avropa İttifaqı Ermənistana üzvlük vədindən imtina etdi...

06.05.2026 / 18:41
Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

06.05.2026 / 18:05
Makron İrəvanda hər şeyi etiraf etdi - İlham Əliyevi illər əvvəl dedikləri təsdiqləndi...

06.05.2026 / 17:23
Masazırda naməlum şəxslər sakinləri təşvişə salır - ərazi nəzarətə götürüldü

06.05.2026 / 17:01
ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...

06.05.2026 / 16:47
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılması qadağan edildi

06.05.2026 / 16:45
Dilənçiliyə görə cərimə tətbiq olunacaq...

06.05.2026 / 16:43
İnzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq

06.05.2026 / 16:40
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

06.05.2026 / 16:35
Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

06.05.2026 / 16:07
Makron İrəvanda Bakı ilə bağlı söz verdi - özünü çətinə saldı...

06.05.2026 / 15:59
AB Ermənistanla 4 prioritet müəyyənləşdirdi -hərbi hazırlıq ön sırada...

06.05.2026 / 15:33
Fikodan anlaşılmaz mövqe - 9 Mayda Moskvaya gedəcək, lakin paradda olmayacaq...

06.05.2026 / 15:15
Qazaxıstandan Rusiyaya cavab zərbəsi?...Neft elektrikə qarşı...?

06.05.2026 / 15:05
Rusiyadan qaçaq qaz daşınmasına Türkiyəni də bulaşdırdılar...

06.05.2026 / 14:44
İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

06.05.2026 / 14:38
Kuklaçılar sığınacaq sakinlərinin qonağı olub

06.05.2026 / 14:33
Əliyevin İrəvan sammitində çıxışı erməni radikallarına "od qoyub"...

06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06.05.2026 / 14:27
Baş nazir Azərbaycan üçün “Avropaya imtiyazlı keçid qapısı” rolu təklif etdi...

06.05.2026 / 14:23
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06.05.2026 / 14:11
Naxçıvanda bu dövlət qurumu ləğv edildi...

06.05.2026 / 14:06
Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

06.05.2026 / 13:56
Türkiyə-Ermənistan sərhədlərinin açılma prosesləri sürətləndi...

06.05.2026 / 13:31
Hörmüzdə Fransaya məxsus ticarət gəmisi vuruldu

06.05.2026 / 13:15
Mərkəzi Bankdan "Yelo Bank"a sanksiya tətbiqinə reaksiya - Aİ-nin qərarında anlaşılmazlıq var

06.05.2026 / 13:06
Rusiya Azərbaycan üzərindən Ermənistana daha 10 vaqon yük göndərdi

06.05.2026 / 13:03
11 yaşlı rəssamın rənglər dünyası

06.05.2026 / 12:43
Ağstafa Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib

06.05.2026 / 12:34
Andrey Sibiqa:"Rusiya atəşkəs rejimini pozub"

06.05.2026 / 12:30
Pekin Trampın səfəri ərəfəsində İrana dəstəyini ifadə edib

06.05.2026 / 12:13
Fars körfəzində ticarət gəmisinə hücum edilib

06.05.2026 / 11:55
Naxçıvanda yeni qanun - Nazirlər Kabineti hesabat verəcək...

06.05.2026 / 11:42
Azərbaycan Pakistanda daşqınlardan zərərçəkənlərə humanitar yardım göstərdi

06.05.2026 / 11:33
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara yaxınlaşır

06.05.2026 / 11:23
Ciorcia Meloninin Azərbaycanda forum keçirmək planı var...

06.05.2026 / 11:18
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ