Türkiyənin Azərbaycan Səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı açıqlama yayıb.
Səfirliyin Mətbuat Müşavirliyindən redaksiyamıza daxil olan məlumatda deyilir:
"Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda verdiyi mücadilədə dönüş nöqtələrindən biri halına gələn 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il öncə canını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anır, bu acı günündə qardaş Azərbaycanın kədərini paylaşırıq".
Açıqlamada daha sonra bildirilir ki, 20 yanvar Milli Matəm günü ilə əlaqədar Səfirlikdə, eyni zamanda Türkiyənin Naxçıvan və Gəncə Baş konsulluqlarında yanvarın 19-dan 20-nə keçən gecə bayraqlar yarıyadək endiriləcək.
Baki-xeber.com