Dünən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər və sağlamlığında olan müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən insanlar iştirak edib. Qəbulda müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı müraciətlərlə yanaşı, seçicilərin, əsasən sosial problemlərinin həll edilməsi üçün də müraciətlər olub. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək, bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan sənədlər qəbul edib və müvafiq orqanlara müraciət ediləcəyini bildirib.
Baki-xeber.com