Yanvarın 17-də İstanbul Mərmərə Universitetində Azərbaycanın İstanbul Baş Konsulluğu tərəfindən təşkil edilən 1990-cı il 20 yanvar faciəsinə həsr edilmiş "Kanlı Ocak" (Qanlı Yanvar) foto sərgisinin açılışı olub.
Sərgi geniş ictimaiyyət, ziyalılar, tələbələr tərəfindən böyük diqqətlə qarşılanıb. İctimaiyyətə xalqımızın öz ədalətli azadlıq mübarizəsindəki qəhrəmanlığı və fədakarlığının tarixi əsaslı şəkildə işıqlandırılıb. Sərgi yanvarın 18-nə qədər davam edəcək. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.