Avropa İttifaqı (Aİ) Azərbaycanla aviasiya üzrə sazişin bu il imzalanacağına ümid edir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
Diplomatın sözlərinə görə, saziş, demək olar ki, razılaşdırılıb: "Sadəcə nöqtəni qoymaq lazımdır. Ümid edirəm ki, yanvar-fevral aylarında bu mümkün olacaq".
K.Yankauskas deyib ki, Aİ Azərbaycanla dinamik əməkdaşlığı 2018-ci ildə davam etdirmək niyyətindədir. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni razılaşma üzrə danışıqlar çox yaxşı keçir.
K.Yankauskas əlavə edib: "Ötən il əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar danışıqlar aparılıb".