Son beş ildə Ermənistan vətəndaşlığından imtina edənlərin sayında kəskin artım qeydə alınıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə NEWS.am saytına Ermənistan polisinin Pasport-viza departamentindən bildirilib. Departamentin xəbərinə görə, təkcə yola saldığımız 2017-ci ildə vətəndaşlıqdan imtina ərizəsi verənlərin sayı 3823 nəfər təşkil edib. Xəbərdə deyilir ki, 2012-ci ildə 968, 2013-də 1461, 2014-də 2407, 2015-də 2487, 2016-cı ildə 3863 nəfər analoji müraciət edib. Beləliklə, 2012 seçkilərində Respublika partiyasının hakimiyyətə gəlməsindən bu günə qədər 15 000 şəxs Ermənistan vətəndaşlığından imtina ərizəsi təqdim edib.
Sözügedən partiyadan deputat seçilmiş Ermənistanın keçmiş baş polisi Alik Sarkisyan bunu çox böyük göstərici adlandıraraq, hakimiyyətin bu barədə ciddi düşünməli olduğunu bildirib. Həmçinin o istisna etməyib ki, göstərilən rəqəmin əhəmiyyətli hissəsini hərbi xidmətdən yayınmaq istəyənlər təşkil edir.
Bütün bunlar isə düşmən ölkədə sadə vətəndaşların Qarabağ müharibəsinin onlar üçün faciəvi sonluğunu təxmin etdiyindən xəbər verir.