Bakı metrosunun “Ulduz” stansiyasında intihar hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Trend”-ə bildirib ki, intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. Xəbərə görə, hadisə “Həzi Aslanov” – “İçərişəhər” maşrutu uzrə hərəkət edən 15 saylı sərnişin qatarı “Ulduz” stansiyana daxil olarkən baş verib.
“Qatar stansiyaya daxil olarkən şəxsiyyəti hələlik məlum olmayan 20-25 yaşlı oğlan özünü qatarın altına atıb”- deyən Nəsimi Pşayevin sözlərinə görə, qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaransa da, hazırda qatarların hərəkətində heç bir problem yoxdu.