çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Pakistandan Prezident Əliyevin “Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” bəyanatına dəstək…

Image


Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz. Trend-in məlumatına görə, bu barədə Pakistanın Daily Times, National Courier, Election Times qəzetlərində və bu qəzetlərin elektron səhifələrində dərc olunmuş məqalədə bildirilir.

Məqalədə yeni yaradılmış Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının Ermənistanı qəzəbləndirdiyi, Pakistan, Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduqları, bu üç ölkə arasındakı diplomatik münasibətlərin qarşılıqlı hörmətə, eyni zamanda tarixi, dini və siyasi ortaq cəhətlərə əsaslandığı qeyd olunur.

Həmçinin, bildirilir ki, diplomatik münasibətlər qurulandan bəri bu ölkələrin hökumətləri və siyasi rəhbərləri dostluq və qardaşlıq bağlarının daha da inkişafına və möhkəmləndirilməsinə çalışır: "Ermənistan terrorizmin qaynağı, Azərbaycana və Türkiyəyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş təcavüzkar ölkədir və onun ərsəyə gətirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistanın özü Cənubi Qafqaz, həmçinin Avropa üçün potensial təhlükəsizlik təhdididir: "Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan Metsamor AES də Cənubi Qafqaz və Avropa İttifaqı üçün təhlükə olmağa davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), ABŞ və digər Qərb dövlətləri Metsamor AES-in yenidən işə salınmasına öz etirazlarını bildiriblər. Rəsmi Vaşinqton inanır ki, 407 meqavat gücündəki Metsamor reaktoru dünyada ən təhlükəli reaktorlardan biridir. Avropa İttifaqı da öz növbəsində AES-i bütün region üçün ciddi təhlükə hesab edir. Öz əhalisini qorumaq üçün region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da dəfələrlə Ermənistanı vaxtı keçmiş Metsamor AES-i dərhal bağlamağa çağırıblar. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də nüvə təhlükəsizliyinə ciddi əhəmiyyət vermir və bu, eyni zamanda, AEBA protokollarının da pozulmasını açıq göstərir".

Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan hər zaman dialoqa hazır olsa da, Ermənistan özünün işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək və qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir: "İşğal olunmuş ərazilərdə hərbi təlimlərin, siyahıya almanın keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn və atəşkəs sazişinin ciddi şəkildə pozulması deməkdir".

Müəllif qeyd edir ki, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı Ermənistanın həyata keçirdiyi birbaşa və düşünülmüş hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə Protokolun, Uşaq Hüquqları Konvensiyasının və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Məqalədə diqqətə çatdırılır ki, Ermənistan qeyri-qanuni olaraq işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişir: “Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan və Azərbaycan əraziləri işğal olunandan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıblar. Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mədəni, irsi, müqəddəs və tarixi yerlərini, islam aləminə aid abidələrini məhv edir”.

Müəllif xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və yeddi ətraf rayonu tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib və beynəlxalq güclərin və təşkilatların ikili standartları səbəbindən bu günə qədər həmin qətnamələr yerinə yetirilməyib.

Pakistanın münaqişəyə dair mövqeyi ilə bağlı məqalədə qeyd olunur ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir: “Pakistan Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməsini daim tələb edir və beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə həmçinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səylərin tərəfdarı kimi mütəmadi çıxış edir”.

Müəllif yazır ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji əhəmiyyət əldə edib: "Ermənistanın makro-iqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə səciyyələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda da əhəmiyyətli iqtisadi aktordur.”

Məqalədə vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri bütün müsəlman ölkələri üçün qürur mənbəyidir və eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün yaxşı idarəçilik nümunəsidir: “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olmuşdur. Onun əsas nailiyyətlərindən biri də qadınlara seçki hüququnun verilməsi idi ki, o dövrdə bir çox Avropa ölkələrində bu hüquq hələ mövcud deyildi. Lakin Ermənistan müasir dövrdə də öz vətəndaşlarının bir çox əsas insan hüquqlarını inkar edir və nəticədə ölkədə səfalət tüğyan edir, işsizlik, inflyasiya və borclanma yüksək səviyyədədir”.

Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinə toxunan müəllif bu günlərdə üçtərəfli diplomatik münasibətlərin daha da intensiv hal aldığını bildirir və bu ölkələrin birgə bəyannamə imzalayaraq mövcud dinamik əlaqələrin daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində qərarlı olduqlarını qeyd edir: “Yeni Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının əsası 2017-ci il noyabrın 30-da Bakıda keçirilmiş xarici işlər nazirlərinin 1-ci görüşündə qoyulub. Bu üçtərəfli format ölkələrin ümumi mənfəətlərinə xidmət edəcək ortaq strategiyaların işlənib hazırlanması və layihələrin irəli sürülməsi üçün innovativ və əhəmiyyətli platforma rolunu oynayacaq”.

Müəllif yeni yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığından Ermənistanın xeyli qəzəbləndiyini və bu əməkdaşlığı bütün imkanları çərçivəsində pozmağa çalışdığını, hətta bəzən bəzi təcrübəsiz Pakistan mediasının nümayəndələrini də ələ almağa, Ermənistana maraq yaratmaq yönlü məqalələr dərc etməyə, Pakistan ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında yanlış rəy yaratmağa çalışdığını qeyd edir. Bəzən təcrübəsiz media nümayəndələrinin müsəlman ölkələrinə aid bəzi yemək adlarını Ermənistanın milli mətbəxinin nümunələri kimi qələmə verdiklərini, hətta Ermənistanın Böyük Ermənistanın xülyaları altında Türkiyəyə qarşı ərazi iddialarını nəzərə almayaraq Ağrıdağı Ararat adı ilə verərək təcavüzkara əsas vermis olduqlarını, Türkiyənin Agrıdağını öz ərazisi kimi daim göstərən Ermənistanın bir daha beynəlxalq huququn bütün normalarını pozduğunu, Türkiyəyə qarşı Ermənistanın qaldırdığı soyqırım iddialarının da əsassız olduğunu və bu məsələnin tarixçilər tərəfindən araşdırılması təklifindən Ermənistanın hər vəchlə yayındığı məqalədə öz əksini tapır.

Ermənistanın Türkiyəyə qarşı soyqırım iddialarının siyasi xarakter daşıdığını, ermənilərin birinci dünya müharibəsi zamanı Türkiyə ərazisində, Anadoluda, 1918-ci ildə Bakıda, Azərbaycanın digər şəhərlərində, 1992-ci ildə Xocalıda törətdikləri soyqırım və vəhşilikləri dünya ictimaiyyətinə unutdurmağa çalışdıqları bildirilir. Müəllif bu media nümayəndələrinə və Ermənistanın cəhdlərinə cavab olaraq, Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq, yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, qarşılıqlı inama, hörmətə, tarixi mənəvi dəyərlərə, adət-ənənələrə əsaslandığını və möhkəm tellərlə bağlandığını qeyd edir. İşğal olunmuş Azərbaycan torpaqlarında islam mədəniyyətinə aid müqəddəs məscidlərimizi, digər dini abidələrimizi dağıtmış Ermənistanın heç vaxt müsəlman ölkəsinin səmimi dostu olmayacağı vurğulanır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ