İranda baş verən olayların arxasında İsrail dayanır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri erməni eksperti Karen Ovannisyan nevs.am saytına açıqlamasında deyib. Onun sözlərinə görə, İranın bir sıra şəhərlərində başlayan mitinqlərin əsl səbəbinin daha dərində olmasını İnstagram və Teleqram kimi sosial şəbəkələrin müvəqqəti olaraq qapadılması da təsdiq edir.
Rəsmi Tehranın ölkədəki etiraz dalğasının əsl səbəbini gizlətdiyini deyən erməni ekspert özünün “məntiqli” şərhində, gözlənildiyi kimi, Azərbaycanı da yaddan çıxarmayıb. O deyib ki, İsrail dövlətinin dostu olaraq, “İranın qarışmasında Azərbaycan da maraqlı ola bilər”. Məsələyə münasibətində tipik erməni priyomundan istifadə edən Ovannisyan bunu deyərkən Azərbaycanın İranla hər keçən gün artan yüksək əməkdaşlıq əlaqələrini isə, nədənsə, “unudub”.
Zatən "unutqan" millətdir ermənilər, belə olmasaydı, öz ölkələrinin qısa tarixini də unudub onu “qədim dövlət” kimi dünyaya sırımağa çalışmazdılar...